Maraq dünyası
2023-cü ilin ən pis parolları: Sizin də parolunuz onların arasındadır?
Kibertəhlükəsizlik mütəxəssisləri illərdir bizə parol kimi nələri istifadə etməməli olduğumuzu deyirlər, lakin təxmin etdiyiniz kimi, “123456” və “password” kimi parollar ən çox istifadə edilənlər arasındadır.
Publika.az xəbər verir ki, "NordPass" illik “200 ən çox istifadə edilən parol” siyahısını beşinci dəfə dərc edib və siyahıda tanış parollar var.
Parol meneceri kibertəhlükəsizlik məsələləri ilə bağlı 4,3 terabayt məlumatı qiymətləndirib və göstərib ki, ən çox istifadə edilən parollar orijinal olmaqdan ən uzaq olanlardır.
Siyahının ilk sıralarında yer alan parollar bunlardır:
- 123456
- admin
- 12345678
- 123456789
- 1234
- 12345
- password
- 123
- Aa123456
- 1234567890
"NordPass"-ın tapıntılarına görə, bütün bu parolların sındırılması bir saniyədən az vaxt aparır.
Siyahıda daha yaradıcı parollar da var. 136-cı yerdə "iloveyou" (səni sevirəm), 183-cü yerdə isə"changeme" (məni dəyiş) yer alır. Bu çox da yaxşı deyil və çirkli maşınlarda yazılan "məni yu" sözlərini xatırladır.
Bu il "Nordpass" bir az daha dərin məlumat təhlili aparıb və parolların gücünü platforma kateqoriyasına görə də araşdırıb. Axın xidmətləri siyahıda ən zəif parollara malik olanlardır. Bu, çox güman ki, "Netflix"-in bütün səylərinə baxmayaraq, bu parolları ailə və dostlarla bölüşmək istəməməyimizlə bağlıdır. Təəssüf ki, bu da hakerlərin işini asanlaşdırır, çünki kiberhücumların 86 faizi oğurlanmış məlumatlarla həyata keçirilir.
Güclü parol necə olmalıdır?
Parollar uzun və mürəkkəb olmalıdır. Onlarda böyük və kiçik hərflər, simvollar və rəqəmlər olmalıdır.
Asanlıqla proqnozlaşdırıla bilən olmamalıdır və ad günü, ünvan və ya telefon nömrəsi kimi məlumatlarla əlaqələndirilməməlidir.
Xoş səslənsə də, bir neçə sayt üçün eyni paroldan istifadə etməyin. Əgər hakerlər bu parollara giriş əldə edərlərsə, onlar bu parolun istifadə olunduğu hər yerə daxil ola bilərlər.
"NordPass" həmçinin cari parollarınızı yoxlamağı və zəif və ya təkrar istifadə edilmiş parolları dəyişdirməyi tövsiyə edir.
Mümkünsə, parol əvəzinə açardan istifadə edin. Açarlar unikal kodlardır və cihazlarınıza bağlı işləməsi onları daha təhlükəsiz edir. "Apple", "Microsoft", "Google" və "Amazon" kimi bir çox şirkət parol əvəzinə açarların istifadəsini dəstəkləyir.
Nəhayət, yaxşı parol meneceri xidmətindən istifadə edə və parolunuzun sizin üçün yaradılıb təhlükəsiz şəkildə saxlanmasına əmin ola bilərsiniz.
Nəzrin Cavadzadə
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı