Maraq dünyası
NASA alimi UNO-larla bağlı sirri açdı: Orada həyat var, gec-tez tapacağıq
Amerika kosmik agentliyi NASA-nın veteran alimi, doktor Centri Li iddia edir ki, yadplanetlilər mövcuddur - onlar sadəcə Yer kürəsinə baş çəkməyiblər.
Publika.az xəbər verir ki, Li ilk dəfə Marsa “Vikinq” missiyasında iştirak etdiyi 1968-ci ildən bəri ABŞ kosmik agentliyində çalışır. O vaxtdan bəri, o, yarım əsrdən çox uzaq planetlərə eniş üçün zondlar hazırlamağa sərf etsə də, “Daily Mail” qəzetinin yazdığına görə, başqa bir dünyadan olan varlıqların heç vaxt Yer kürəsinə səfər etmədiyini iddia edir.
Alim Feniksdə keçirilən Amerika Elmin İnkişafı Assosiasiyasının (AAAS) konfransında deyib: "Bu gün Yer kürəsinə heç bir yadplanetlinin və ya yadplanetli gəmisinin düşdüyünü göstərən sübut yoxdur. Əgər əksinə inanırsınızsa, deməli, siz xəyal altında hərəkət edirsiniz".
Ekspertin sözlərinə görə, amma uzaq planetlərə gəldikdə, orda haradasa həyat var.
"Biz başqa yerdə həyat formasını tapacağıq. Şanslar çox böyükdür", - alim deyib.
“Daily Mail” qəzetinin şərhinə görə, alimlər ümumiyyətlə yadplanetlilərin həyatı üçün ən yaxşı namizədlərin, qalaktikanın digər yerlərində uzaq ulduzların ətrafında fırlanan "Yerə bənzər" dünyalar olduğuna inanırlar. Belə namizədlərdən biri Yerdən cəmi 40 işıq ili məsafədə və ulduzunun təhlükəsiz "Qoldiloks zonası" daxilində yerləşən Yer ölçülü TRAPPIST–1e planetidir. Digər ümidverici namizəd isə Yerdən 124 işıq ili məsafədə, Şir bürcündə yerləşən K2–18b, tamamilə okeanlarla örtülü nəhəng bir dünyadır. Alimlər onu "Heyes dünyası" adlandırırlar.
Günəş sistemimizdə belə, Saturnun peykləri olan Enselad və Titanda həyatın yaranması və inkişaf etməsi üçün uyğun şərtlər ola bilər.
Li hazırda NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının Günəş Sistemi Tədqiqi Missiyası Direktorluğunun baş mühəndisidir. O, iki asteroidə “Davn” missiyasına, Yupiterə “Juno” missiyasına və Aya “Graal” missiyasına rəhbərlik edib.
"Kosmonavt" adlı yeni sənədli filmi dəstəkləyən Li bildirib ki, “Kepler” kimi kosmik teleskoplar “Süd Yolu”nun qonşu qalaktikasının əhəmiyyətli bir "hissəsini" araşdırıb və digər ulduzların ətrafında fırlanan çoxlu sayda planet aşkar edib.
"Əgər “Kepler”in baxdığı səma parçası bütün “Süd Yolu”nu təmsil edirsə və bunun belə olmadığına inanmaq üçün heç bir səbəbimiz yoxdursa, deməli, təkcə qalaktikamızda təxminən bir trilyon planet var və onların bəzilərində həyatın yaranma ehtimalları olduğunu düşünə bilərsiniz. Gec-tez onun yerini müəyyənləşdirmək mümkün olacaq”, - deyə alim bildirib.
Tural
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)












