Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir
Bizi izləyin

Maraq dünyası

Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir

Rusiyada xarici turistlərin, xüsusilə Çindən gələn qonaqların rahatlığını təmin etmək məqsədilə mehmanxanalar üçün yeni milli standart layihəsi hazırlanıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, sənəddə ən diqqətçəkən məqamlardan biri çinli turistlərin otaq nömrəsində və ya yerləşdiyi mərtəbədə "4" rəqəminin olmaması ilə bağlıdır.

Çin mədəniyyətində bu rəqəm "ölüm" sözü ilə oxşar səsləndiyi üçün bədbəxtlik rəmzi hesab edilir və qonaqların narahatlığına səbəb ola bilər.

Layihəyə əsasən, çinli turistlərin qaldığı otaqlar mütləq elektrik çaydanı və yaşıl çay, "uluun", "puer" kimi müxtəlif növ keyfiyyətli yarpaq çayları ilə təmin edilməlidir. Həmçinin otaqlarda bitki çayları, sürətli hazırlanan qidalar (lapşalar) və birdəfəlik yemək çubuqlarının olması tövsiyə edilir. Otel menyularına isə Çin mətbəxinə uyğun düyü, əriştə, suplar, tərəvəz qarnirləri və buxarda hazırlanmış yeməklərin salınması, eləcə də masalarda mütləq soya sousunun olması nəzərdə tutulur.

Qeyd olunur ki, xidmət keyfiyyətini artırmaq üçün əsas məlumatların rus dili ilə yanaşı, ingilis və çin dillərində də təqdim edilməsi vacib sayılır. Mehmanxanalarda çin dilini bilən əməkdaşların çalışması və ya avtomatik tərcümə sistemlərindən istifadə olunması təklif edilir.

Bundan əlavə, turistlərin öz vərdiş etdikləri onlayn platformalar vasitəsilə rezervasiya etməsi, tanış üsullarla ödəniş etməsi və Çin SIM-kartları ilə rahatlıqla Wi-Fi şəbəkəsinə qoşulması üçün şərait yaradılmalıdır.

Xatırladaq ki, 1 iyun 2026-cı ildən qüvvəyə minməsi planlaşdırılan bu standartlar hələlik tövsiyə xarakteri daşıyacaq.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm