Maraq dünyası
105 il yaşamaq arzusunda olduğumu deməmişəm - 88 yaşlı Anar
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin 88 yaşı tamam olur. Nasir, dramaturq, kinodramaturq Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində dünyaya gəlib.
Publika.az xəbər verir ki, Modern.az saytı doğum gününü qeyd edən Xalq yazıçısı ilə əlaqə saxlayıb.
Anar açıqlamasında doğum günü ilə bağlı onlarla təbriklər aldığını deyib:
"Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəyəm".
Hələ də 105 il yaşamaq istəyib-istəmədiyi soruşulduqda Anar sualımıza belə cavab verib:
"Mən 105 il yaşamaq arzusunda olduğumu deməmişəm. Kimsə əvvəllər bunu mənim adımdan yazıb. Amma kim deyibsə yaxşı deyib, sağ olsun".
Xalq yazıçısı gələn il həyat yoldaşı Zemfira Səfərova ilə "dəmir toy" (evliliyin 65-ci ilində keçirilən mərasim "dəmir toy" adlanır-red.) etməyi planlaşdırdıqlarını söyləyib:
"Evliliyimizin 50 illiyin Zenfira xanımla "qızıl toy", 60 illiyində isə "brilyant toy" etmişdik. Bu mərasimləri ailə çevrəsində keçirmişdik. 2027-ci ildə evliliyimizin 65 illiyi tamam olacaq. Gələn il "dəmir toy" etməyi düşünürük".
Yaradıcılığından da danışan Anar təkcə bu ay 3 kitabının çapdan çıxdığını deyib.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)












