Maraq dünyası
Bu bürclər SUBAY qala bilər: Görün onların arasındasınız?
Astroloqlar bəzi bürclərin münasibətlərdə daha seçici və çətin uyğunlaşan xarakterə sahib olduğunu bildirir.
Publika.az xəbər verir ki, məhz bu səbəbdən həmin bürc nümayəndələrinin uzun müddət subay qalma ehtimalı daha yüksək hesab olunur.
Dolça bürcü azadlığına həddindən artıq bağlı olması ilə seçilir. Onlar münasibətdə belə öz sərhədlərinin qorunmasını istəyir və bu da bəzən qarşı tərəf üçün çətin olur. Bu səbəbdən Dolçalar ciddi münasibətə gec addım ata bilər.
Qız bürcü isə detallara həddindən artıq diqqət yetirməsi ilə tanınır. Onlar qarşı tərəfdə ideal xüsusiyyətlər axtarır və tez-tez tənqidi yanaşma sərgiləyirlər. Bu isə münasibətlərin uzunömürlü olmasına mane ola bilər.
Oxatan bürcü sərbəst ruhu və macəra həvəsi ilə seçilir. Onlar üçün həyat bir kəşfdir və bu yolda sabit münasibət qurmaq hər zaman prioritet olmur. Bu xüsusiyyət də onların subay qalmasına səbəb ola bilər.
Əkizlər bürcü isə tez-tez dəyişən fikirləri və qərarsızlığı ilə tanınır. Onlar bir münasibətdə uzun müddət qalmaqda çətinlik çəkə bilər və tez sıxıldıqları üçün yeni axtarışlara yönələ bilərlər.
Mütəxəssislər qeyd edir ki, bu xüsusiyyətlər ümumi xarakteristikadır və hər bir insan fərdidir. Bürclər yalnız istiqamət göstərə bilər, lakin münasibətlərin uğuru insanın öz davranışları və seçimlərindən asılıdır.
Bəs siz bu siyahıdakı bürclərdən birisiniz?(Milli.az)
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)












