Maraq dünyası
5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir
2026-cı ilin aprel ayının əvvəlində bəzi bürclər üçün çətinliklər dövrü geridə qalır. Yeni enerji ilə birlikdə hadisələrin daha müsbət istiqamətdə inkişaf etməsi gözlənilir.
Publika.az sizə həmin bürcləri təqdim edir:
Qız bürcü
Son vaxtlar verdiyiniz bir qərar sizi tərəddüdə salmışdı və özünüzə inamınızı sarsıtmışdı. Amma indi hadisələr tədricən sizin xeyrinizə dəyişir. Bu proses sizə səbrli olmağı və yolun özündən də dərs çıxarmağı öyrətdi.
Əqrəb
Birinə və ya nəyəsə güvənmək sizin üçün riskli hiss olunmuşdu, çünki gözlədiyiniz kimi getmədi. Lakin artıq vəziyyət aydınlaşır və əvvəlki şübhələrinizin əsassız olduğunu görəcəksiniz. Bundan sonra daha sakit və əmin addımlar ata biləcəksiniz.
Balıqlar
Planlarınızın ləng getməsi sizi məyus edirdi və bəzən hər şeyin boşa çıxa biləcəyini düşünürdünüz. İndi isə işlər yoluna düşür və səylərinizin qarşılığını almağa başlayırsınız. Bu, doğru yolda olduğunuzu sübut edir.
Tərəzi
Daxilinizdəki boşluq hissi sizi narahat edirdi və daha çox şey edə bilmədiyinizi düşünürdünüz. Amma artıq sahib olduqlarınızı dəyərləndirməyi və mövcud imkanlar üzərində inkişaf etməyi öyrənirsiniz. Bu yanaşma sizə daxili rahatlıq gətirəcək.
Əkizlər
Ünsiyyətdə yaşanan anlaşılmazlıqlar sizi yorub və bəzən kimə inanmalı olduğunuzu bilməmisiniz. Verdiyiniz bəzi güzəştlər də sizi qane etməmişdi. İndi isə daha düzgün qərarlar verməyi və enerjinizi doğru istiqamətə yönəltməyi bacaracaqsınız.(Milli.Az)
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)





.jpg)












