Maraq dünyası
Dünya "qiyamət"in kandarında: Planetdə bu qədər insan artıqdır - ŞOK RƏQƏMLƏR
Yer kürəsi artıq həddindən artıq dolub və mövcud resurslar bəşəriyyətin yaşamını davam etdirməsi üçün kifayət deyil. "Environmental Research Letters" (ERL) jurnalında dərc olunan yeni araşdırma bəşəriyyətin gələcəyi ilə bağlı qorxunc mənzərəni ortaya qoyub.
Publika.az xəbər verir ki, alimlər son iki əsrin demoqrafik göstəricilərini və resurs istehlakını təhlil edərək həyəcan təbili çalırlar.
Tədqiqatda "daşıma qabiliyyəti" konsepsiyasından istifadə edilib. Bu göstərici təbii ehtiyatları tükətmədən planetdə neçə nəfərin yaşaya biləcəyini müəyyən edir. Ekspertlərin rəyinə görə, indiki istehlak səviyyəsi ilə Yer kürəsi üçün optimal əhali sayı cəmi 2,5 milyard nəfərdir. Lakin hazırda dünya əhalisinin sayı 8 milyardı keçib. Bu isə o deməkdir ki, biz planeti onun imkanlarından 3 dəfədən çox yükləyirik.
Alimlər qeyd edirlər ki, sürətli əhali artımı müvəqqəti olaraq resursların mövcudluğunu artıran və daha yüksək istehlakı dəstəkləyən qazıntı yanacaqlarının istifadəsi sayəsində mümkün olub. Bu enerji mənbələri resurslara çıxışı müvəqqəti asanlaşdırsa da, eyni zamanda iqlim dəyişikliyi və ekosistemin məhvi kimi geri dönüşü olmayan fəsadlara yol açıb.
Proqnozlara görə, 21-ci əsrin ikinci yarısında dünya əhalisi 11-12 milyard nəfərə çatacaq. Əgər enerji, su və qida istehlakında ciddi dəyişikliklər edilməsə, təbii sistemlərə təzyiq qlobal qeyri-sabitliyə, qıtlığa və böyük böhranlara səbəb olacaq.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)





.jpg)












