Maraq dünyası
İnsanın tək gözü olub və bu əzada yerləşib - ŞOK ARAŞDIRMA
İnsan da daxil olmaqla, onurğalı heyvanların gözləri təxminən 600 milyon il əvvəl başlamış mürəkkəb təkamül nəticəsində formalaşıb.
Publika.az "The Conversation" portalına istinadla xəbər verir ki, bu qənaətə onlarla heyvan qrupunun görmə orqanlarının inkişafını öyrənən tədqiqatçılar gəliblər.
Alimlər uzun müddətdir ki, onurğalıların gözlərinin həm hüceyrə quruluşuna, həm də inkişafına görə onurğasızların gözlərindən prinsipial olaraq fərqləndiyini bilirdilər. Lakin bu fərqlərin səbəbləri qeyri-müəyyən qalırdı.
Yeni tədqiqatın müəllifləri 36 iri heyvan qrupunu analiz edərək bir qanunauyğunluq aşkar ediblər: onlarda işığa həssas hüceyrələr iki yerdə — başın yan tərəflərində və mərkəzdə, beynin üzərində yerləşir. Bu zaman yan strukturlar hərəkət və oriyentasiyaya, mərkəzi strukturlar isə gecə-gündüzün qavranılmasına və məkandakı mövqeyə cavabdehdir.
Bu məlumatlar əsasında alimlər görmənin təkamülünü yenidən qurublar. Onların fikrincə, bütün ikitərəfli simmetriyalı heyvanların ümumi əcdadı olan qurdabənzər məsuluq başlanğıcda hər iki tip işığa həssas struktura malik olub.
Təxminən 600 milyon il əvvəl bu orqanizm dəniz dibinə sığınaraq azhərəkətli həyat tərzinə keçib. Belə şəraitdə "naviqasiya" təyinatlı cüt gözlər faydasızlaşaraq yox olub. Bununla belə, mərkəzi işığa həssas hüceyrələr qalıb, çünki onlar zaman və məkanda səmtlənməyə kömək etmək kimi vacib funksiyanı yerinə yetirməyə davam ediblər.
Daha sonra əcdad yenidən aktiv hərəkət etməyə başladıqda görməyə ehtiyac yaranıb. O zaman təkamül mərkəzi gözü "yenidən qurub": onun yanlarında çökəkliklər formalaşıb, onlar zamanla ayrılaraq müasir onurğalılarda olduğu kimi yeni cüt gözlərə çevrilib. Bu proses 600 ilə 540 milyon il əvvəl baş verib.
Qədim strukturun qalıqları beyində epifiz — yuxu hormonu melatoninin hasilatını tənzimləyən orqan şəklində qalıb. Bir çox heyvanlarda o, hələ də işığı qəbul etmək qabiliyyətinə malikdir, lakin məməlilərdə bu funksiya itirilib və onu tamamilə gözlər üzərinə götürüb.
Eyni zamanda, "görmə itkisi" mərhələsindən keçməyən onurğasız heyvanlarda işığa həssas sistemlərin ilkin tipləri qorunub saxlanılıb. Bu, müasir növlərdəki göz müxtəlifliyini — həşəratlardakı fasetli gözlərdən tutmuş ilbiz və osminoqlardakı kameralı gözlərə qədər — izah edir.
İşin müəllifləri həmçinin göstəriblər ki, onurğalıların göz tor qişasının mürəkkəbliyi hesab edildiyindən daha əvvəl yarana bilərdi. Bu o deməkdir ki, görmənin bir çox neyron mexanizmləri təkamülün sonrakı mərhələlərində deyil, hələ qədim əcdadda formalaşıb.
Tədqiqatçıların fikrincə, gözlərin təkamülü beynin inkişafı ilə sıx bağlıdır: cüt gözlərin ortaya çıxması mürəkkəb davranışın və koqnitiv funksiyaların formalaşmasına imkan verən əsas mərhələ olub.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Hadisə14:16Əsgərin həyatını xilas edən hərbçimiz həlak oldu - FOTO
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?





































