Maraq dünyası
Yaşlı kişinin mənzilindən 250 it tapıldı - Video+Foto
Böyük Britaniyada maraqlı hadisə baş verib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, heyvan hüquqları müdafiəçiləri bir evdə 250 it aşkar ediblər.
Qeyd edilib ki, Heyvanlara Qarşı Qəddarlığın Qarşısının Alınması üzrə Kral Cəmiyyəti (RSPCA) yaşlı bir kişinin cütləşməyə nəzarəti itirməsi və heyvanları kritik vəziyyətdə qoymasından sonra 87 cins iti şəxsi evdən xilas edib. Qalan 163 heyvan Böyük Britaniyanın "Dogs Trust" xeyriyyə təşkilatına təhvil verilib. Köpəklərin çirkli və uzanmış, bir-birinı dolaşan tükləri olub, onlar dərilərinin iltihablanmasından və ağır stressdən əziyyət çəkiblər. Hətta bəzi itləri evdən qucaqda çıxarmaq lazım gəlib.
Xilasetmə əməliyyatı yanvar ayında qonşunun bu anormal durumla bağlı xəbər verməsindən sonra baş tutub. Darısqal qonaq otağına yerləşdirilən onlarla heyvanın fotoları ictimaiyyəti şoka salıb. Hətta sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu foto bir çox insan tərəfindən real qəbul olunmayıb. İnsanlar iddia ediblər ki, bu, süni intellektlə hazırlanıb. Lakin təşkilat fotoların orijinal olduğunu təsdiqləyib.
Müəllif: Tural
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)





.jpg)












