Maraq dünyası
"Qiyamət" radiosundan müəmmalı hərbi mesaj: İndi hansı ölkə dağılacaq?
Dünyanın ən sirli radio dalğalarından biri hesab olunan və xalq arasında "Qiyamət günü" radiostansiyası kimi tanınan "UVB-76"dan yeni və həyəcanverici xəbər var.
Publika.az xəbər verir ki, uzun müddətdir yalnız monoton vızıltı səsi yayan stansiya qəfildən susaraq növbəti müəmmalı mesajını yayımlayıb.
"UVB-76 loqları" teleqram kanalının yaydığı məlumata görə, Bakı vaxtı ilə saat 13:46-da stansiyanın səsi kəsilib və efirdə bu kodlar səslənib: “NJTI 76418 NAYMOTAT 7491 2203”
Bu, stansiyanın son günlərdəki yeganə aktivliyi deyil. Belə ki, ötən bazar ertəsi günü də radiostansiya vasitəsilə dörd fərqli söz ötürülmüşdü: “lyusoştof”, “assambleya”, “kitayskiy” (çinli) və “erşistıy” (tikanlı).
Qeyd edək ki, onilliklərdir fəaliyyət göstərən bu stansiyanın dəqiq yeri və təyinatı rəsmən açıqlanmır. Lakin hərbi ekspertlər və sui-qəsd nəzəriyyəçiləri bu qısa mesajların hərbi əmrlər və ya xüsusi xidmət orqanlarına ötürülən gizli tapşırıqlar ola biləcəyini iddia edirlər. "Qiyamət günü" adı isə bu stansiyanın nüvə müharibəsi zamanı əlaqə vasitəsi kimi istifadə olunacağı ehtimalına görə verilib.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)





.jpg)












