Maraq dünyası
İnsanlar yazda niyə sevgiyə can atırlar? - İlginc səbəblər
Bahar fəsli biopsixososial faktorlar vasitəsilə libidonun və reproduktiv fəallığın artmasına təsir edə bilir. Günün işıqlı vaxtının uzanması hormonlara təsir edərək insanlarda münasibət qurma istəyini gücləndirir.
Publika.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Klinik Tibb İnstitutunun asssitenti, seksoloq-həkim Ulyana Maxova məlumat verib.
O bildirib ki, işıq sirkad və mövsümi ritmləri tənzimləyən "bioloji saat" sayılan hipotalamusun supraxiazmatik nüvəsinə təsir edir. Nəticədə, yuxu hormonu olan melatoninin ifrazı azalır, serotonin səviyyəsi isə artır ki, bu da əhval-ruhiyyəni, enerjini və libidonu yüksəldir. Gəmiricilər üzərində aparılan araşdırmalar göstərir ki, testosteron səviyyəsi dəyişməz qalsa belə, az işıqlanma seksual davranışı zəiflədir, parlaq işıq isə beynin preoptik nahiyəsində dopamin və digər reseptorlara təsir edərək onu bərpa edir. İşığın təsiri ilə artan serotonin və dopamin sosial təmaslara motivasiyanı gücləndirərək münasibət axtarışına dolayı yolla kömək edir.
Maraqlıdır ki, ayrılıqların pik həddi də məhz bahar aylarına təsadüf edir. Sosial şəbəkə analizləri mart və aprel aylarında ayrılıq mesajlarının kəskin artdığını göstərir. Psixoloqlar bunu bir neçə faktorla izah edirlər. Birincisi, "bayramların ləğvi effekti"dir: bayram dövründə rahatlıq xatirinə münasibəti qoruyan cütlüklər baharda onların dəyərini yenidən nəzərdən keçirirlər. İkincisi, enerji və imkanların artmasıdır: dünya "genişləndikdə" münasibətlərdəki məhdudiyyətlər daha kəskin hiss olunur. Bahar münasibətləri dağıtmır, sadəcə katalizator rolunu oynayaraq qış "yuxusu" zamanı gizlənən problemləri üzə çıxarır.
Böhran yaşamayan cütlüklər üçün isə bahar enerjisindən konstruktiv istifadə etmək münasibətləri təravətləndirə bilər. Uzunmüddətli münasibətləri yeniləmək üçün yenilikləri birlikdə planlaşdırmaq lazımdır: yeni gəzinti marşrutları, birgə hobilər və ya qısa səyahətlər yaratmaq faydalıdır. Həmçinin "bahar təftişi" keçirərək bir-birinə "Münasibətimizdə hazırda sənə nə enerji verir?" və ya "Bu mövsümdə birlikdə nəyi sınaqdan keçirmək istərdin?" kimi suallar vermək olar. Bahar münasibətlər üçün "sehirli həb" deyil, biopsixososial resursdur; o, cütlüyün bu dövrdən nə dərəcədə şüurlu istifadə etməsindən asılı olaraq həm cazibəni, həm də münaqişələri gücləndirə bilər.
Hüseyn İbadlı
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir













.png)






.jpg)


















