Maraq dünyası
Venesiyada inanılmaz hadisə: Nəhəng canlı kanalı bağladı, hərəkət dayandı
Venesiyada dünya mətbuatının diqqətini çəkən qeyri-adi hadisə baş verib. Şəhərin məşhur kanallarından birində çəkisi 1 tondan çox olan nəhəng Ay balığı (Mola mola) aşkar edilib. Sakka-Sessola adası yaxınlığında suyun üzündə hərəkətsiz qalan nəhəng balıq həm turistləri, həm də yerli sakinləri şoka salıb.
Publika.az xəbər verir ki, dəniz nəhəngini ilk olaraq su taksisinin sürücüsü görüb. Ölmüş balıq kanalda su nəqliyyatının ən intensiv hərəkət etdiyi marşrutu tamamilə bağlayıb. Nəticədə ərazidə qayıqların və gəmilərin hərəkəti bir neçə saatlıq iflic olub.
Hadisə yerinə dərhal xilasetmə xidmətləri cəlb edilib. Balığın gövdəsi o qədər ağır və böyük olub ki, onu sudan çıxarmaq üçün xüsusi kranlardan istifadə edilib. Bir neçə saat davam edən əməliyyatdan sonra kanal təmizlənib və hərəkət bərpa olunub.
Nəhəng canlı araşdırılması üçün Paduya Universitetinin mütəxəssislərinə təhvil verilib. Dəniz bioloqları okeanın dərin sularında yaşayan bu nadir canlının Venesiyanın dar kanallarına necə gəlib çıxdığını və ölüm səbəbini araşdırırlar. İlkin versiya kimi suyun temperaturunun dəyişməsi və ya ekoloji çirklənmə göstərilir.
Qeyd edək ki, Ay balıqları adətən sahildən uzaqda, açıq okean sularında yaşayırlar və onların sahilə bu qədər yaxınlaşması nadir hadisə hesab olunur.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir


















.webp)





.jpg)












