Maraq dünyası
Hamı sizdən buna görə qaçırmış - İstənilməyən şəxs olmağınızın 5 gizli səbəbi
Sosial mühitlərdə niyə kənarda qaldığınızı heç düşünmüsünüzmü? Bəlkə də günah "başqalarında" deyil, fərqində olmadan nümayiş etdirdiyiniz o 5 vərdişdədir.
Publika.az Milli.Az-a istinadən xəbər verir ki, müasir etiket qaydaları mütəxəssisi Riçi Friman və komandasının araşdırmasına əsasən, sizi arzuolunmaz şəxsə çevirən həmin vərdişlər bunlardır:
Müdafiə tərzi: Marağın qatili
Tənqid qarşısında dərhal hücuma keçirsiniz? Mütəxəssislərə görə, bu, inkişafın qarşısındakı ən böyük əngəldir. Həddindən artıq müdafiəçi mövqe tutmaq münasibətlərdəki "təmir mexanizmini" pozur. Halbuki tənqidə maraqla yanaşmaq həqiqi bağ qurmağa kömək edir.
Xroniki gecikmələr: Gizli hörmətsizlik
Daim gecikmək və bunu "əhəmiyyətsiz bir detal" kimi qələmə vermək, qarşı tərəfə verilən ən böyük mənfi mesajdır. Bu davranış "sizin planlarınız və enerjiniz mənim üçün maraqlı deyil" mənasına gəlir. Gecikmək hər zaman qaçılmaz olmaya bilər, lakin bunu adət halına gətirmək hörmətsizlik kimi qəbul edilir.
"Sizin şounuz": Söhbəti qəsb etmək
Danışığın mərkəzinə daim özünüzü yerləşdirməyiniz, sevilmək cəhdi olsa da, əks reaksiya verir. Kendi hekayələrinizi danışaraq bağ qurduğunuzu sanarkən, qarşı tərəf özünü söhbətin içində deyil, sizin fərdi şounuzun izləyicisi kimi hiss edir.
İstənilməyən məsləhətlər: Dəstək, yoxsa alçaltma?
Biri sizə dərdini danışarkən dərhal "bunu etməlisən" deyirsiniz? Diqqətli olun. İcazəsiz verilən məsləhətlər dəstəkləyici olmaqdan çox, qarşı tərəfə onun problemini həll edə bilməyəcəyi mesajını verir və küçümsəyici görünür. Çox vaxt problemi həll etməyə çalışmaq, o insanın çətin duyğusuna şərik olmaqdan daha asan gəldiyi üçün bu yola müraciət edilir.
Xidmət sektoruna qarşı nəzakətsizlik
Ofisiantlara, kuryerlərə və ya təmizlik işçilərinə necə davranmağınız xarakterinizin ən aydın aynasıdır. Mütəxəssislər xəbərdarlıq edir: "İnsanlar sizin cavab qaytara bilməyənlərə necə davrandığınızı dərhal fərq edirlər." Bu davranış dərin empatiya əskikliyinin ən somut sübutudur.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir


















.webp)





.jpg)












