Maraq dünyası
267 uşaq böyüdən "super ata": Arvadları dözməyərək qaçıb
Çində 52 yaşlı bədən tərbiyəsi müəllimi Bay Tszyan göstərdiyi qeyri-adi fədakarlıqla dünya mediasının gündəminə düşüb.
Publika.az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, ömrünü kimsəsiz uşaqlara həsr edən kişi artıq "Super ata" ləqəbi ilə tanınır.
Bildirilir ki, Bay Tszyanın bu yolu 1995-ci ildə, orta məktəbdə müəllim işləyərkən başlayıb. O, dərslərdən qaçan və digər şagirdlərin yeməyini oğurlayan bir uşağa diqqət yetirib. Uşağın valideynləri tərəfindən tərk edildiyini öyrənən müəllim onu öz himayəsinə götürüb.
Zamanla o, digər kimsəsiz və küçəyə atılmış uşaqları da evinə toplamağa başlayıb. Özü kasıb olan Bay, uşaqların xərclərini qarşılamaq üçün borca girib, əlavə işlərdə çalışıb. Ona bu işdə anası və bacısı kömək edib.
Bay Tszyan hesab edir ki, nizam-intizam və idman uşaqların gələcəyi üçün əsasdır. Onun evində hazırda 30-a yaxın uşaq yaşayır. "Super ata" hər sabah onları saat 04:30-da yuxudan oyadır və onlar hər gün 12 kilometr məsafə qaçırlar.
Bu ağır yükə görə bir çox qadın Baydan ayrılsa da, o, 46 yaşında evlənib və 2020-ci ildə doğma övladı dünyaya gəlib. Lakin o, yenə də himayəyə götürdüyü uşaqları öz doğma övladından fərqləndirməyib.
Onun himayəsində böyüyən 267 uşaqdan 100-dən çoxu ali təhsil alıb, 50-si yüksək dərəcəli idman ustası olub.
Onlar arasında dövlət məmurları, müəllimlər və peşəkar idmançılar var. Hazırda Bay Tszyanın evində şagirdlərinin son 20 ildə müxtəlif yarışlarda qazandığı 1300-dən çox medal saxlanılır.
Müəllif: Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir


















.webp)





.jpg)












