Maraq dünyası
Dünyanın ən nadir metalının adı açıqlandı - Qramı milyonlarla dollara başa gəlir
Dünyanın ən nadir metalı süni şəkildə yaradılan kalifornium hesab olunur. Təbii metallar arasında isə ən nadir metal osmium sayılır.
Publika.az xəbər verir ki, bu barədə Yeni Materiallar və Texnologiyalar üzrə Milli Texnologiya Təşəbbüsünün eksperti Yevgeni Vişnevski RİA Novosti-yə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, əgər bütün metallar, o cümlədən insan əli ilə sintez edilənlər nəzərə alınarsa, Kalifornium nadirlik üzrə mütləq rekorda malikdir: "Amma yerin dərinliklərindən çıxarıla bilən təbii və sabit metallar arasında osmium ən nadir metal olaraq qalır".
Ekspert onu da qeyd edib ki, kaliforniuma təbiətdə rast gəlmək mümkün deyil çünki onu yalnız süni şəkildə nüvə reaktorlarında yaradırlar. Bu metalı yalnız Rusiya və ABŞ istehsal edir. İstehsal həcmləri texnoloji prosesin mürəkkəbliyinə görə kiloqram və ya tonla deyil, sözün əsl mənasında dənələrlə ölçülür. Yəni onun həcmi olduqca kiçik olur.
Metalın nadirliyi onun dəyərinə birbaşa təsir göstərir: kaliforniumun qramı on milyonlarla dollara başa gələ bilir. Ondan həmçinin nüvə tibbində, xüsusən də şüa terapiyasında və material tədqiqatlarında istifadə olunur.
Nadir təbii metala gəldikdə isə Vişnevski bildirib ki, osmium Cənubi Afrika, Rusiya, ABŞ, Kanada və Qazaxıstanda əldə olunur. Onun yer qabığındakı miqdarı olduqca aşağı olur - təxminən milyonda 0,001 hissə. Buna görə də hətta bir ton qayada belə metalın miqdarı bir qum dənəsinin kütləsindən az olur.
Onun sözlərinə görə, osmiumun qiyməti saflığından və izotopundan asılı olaraq qram üçün 1500 dollardan 10.000 dollara qədər dəyişə bilər. Metal və onun ərintiləri reaktiv mühərriklər, kosmik gəmilər üçün komponentlər, eləcə də yüksək dəqiqlikli cərrahi alətlər üçün istifadə olunur.
Müəllif: Tural
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)












