Maraq dünyası
Kəsib zibilliyə atırıq: Avropada qızıldan baha satılır - Foto
Fermerlərin məhsuldarlığı artırmaq üçün kəsib tarlada buraxdığı, hətta heyvan yemi kimi istifadə etdiyi bitki növünün Avropada "qızıl qiymətinə" satıldığı məlum olub. Söhbət mayaotu bitkisinin ilk tumurcuqlarından və ya tinglərindən gedir.
Publika.az xəbər verir ki, fermerlər əsas məhsul olan "qozaları" yetişdirmək üçün dibdən çıxan fidanları "seyrəltmə" məqsədilə kəsib atırlar. Halbuki bu "tullantı" sayılan tinglərin kilosu Avropada 1000 avroya qədər alıcı tapır.
Mayaotu fidanlarının qiymətinin rekord qırmasının iki əsas səbəbi var:
Bu zərif fidanları texnika ilə yığmaq mümkün deyil. Hər biri tək-tək əllə toplanmalıdır.
Məhsul yığımı cəmi 3-4 həftə (mart-aprel aylarında) çəkir. Bu qısa müddət onu nadir və əlçatmaz edir.
Mövsümün ilk məhsulu Belçika və İngiltərə kimi ölkələrdə təşkil edilən hərraclarda satışa çıxarılır. Hətta mövsümün ortasında belə bu bitkinin qiyməti ən bahalı ət məhsullarını geridə qoyur.
Görünüşü və dadı ilə qulançarı xatırladan bu fidanlar Mişlen ulduzlu restoranlarda xüsusi yer tutur. Qurmanlar tərəfindən dəniz məhsulları ilə birlikdə servis edilən bu bitki, prestijli boşqabların ən önəmli detalı hesab olunur. (Milli.az)
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)












