Maraq dünyası
Dünyanın sonu ilə bağlı dəqiq tarix açıqlandı: Qiyamət gününə çox az qalıb
Alimlər kainatın sonu ilə bağlı növbəti sarsıdıcı araşdırmanı təqdim ediblər. Tədqiqatçıların gəldiyi qənaətə görə, bəşəriyyətin və bütün qalaktikaların məhvinə düşündüyümüzdən daha az vaxt qalıb.
Publika.az xəbər verir ki, tədqiqatçılar kainatın Böyük Partlayışdan 33,3 milyard il sonra tamamilə yox olacağını hesablayıblar. Hazırda kainatın yaşının təxminən 13,8 milyard il olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Qiyamət günü"nə cəmi 19,5 milyard il qalıb.
Alimlərin irəli sürdüyü ən real ssenari "Böyük Sıxılma" ("Big Crunch") adlanır. Bu nəzəriyyəyə görə, kainatın hazırkı genişlənməsi vaxt keçdikcə dayanacaq və əks proseslə əvəz olunacaq. Nəticədə bütün ulduzlar, planetlər və qalaktikalar sürətlə bir-birinə yaxınlaşmağa başlayacaq və sonda vahid bir nöqtədə toplanaraq bir-birini əzəcək. Bu prosesdən sonra kosmik obyektlərin indiki formasından əsər-əlamət qalmayacaq.
Tədqiqatda həmçinin qeyd olunur ki, kainatın sonunda hər şeyin nəhəng qara dəliklərə çevrilməsi ehtimalı da çox yüksəkdir. Alimlər dünyamızın sonu üçün iki əsas variant görürlər: ya kainat sonsuzadək genişlənərək soyuyacaq və qaranlığa qərq olacaq, ya da "Böyük Sıxılma" nəticəsində hər şey vahid nöqtədə məhv olacaq.
Müəllif: Adəm
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)












