Maraq dünyası
Şok: Demensiyalı yaşlıların əlində trilyonlar var - Sistem təhlükə siqnalı verdi
Yaponiyada yaşlı insanların demensiya ilə bağlı vəziyyəti ölkənin maliyyə sistemində ciddi risklər yaradır.
Publika.az xəbər verir ki, “Nikkei” iqtisadi nəşrinin bank analitiklərinə istinadən yaydığı məlumata görə, idrak pozuntularından əziyyət çəkən şəxslərin nəzarətində olan aktivlərin ümumi həcmi trilyonlarla dollarla ölçülür.
Mütəxəssislərin hesablamalarına əsasən, 2020-ci ildə bu kateqoriyaya aid şəxslərin idarə etdiyi kapital təxminən 187 trilyon yen (təxminən 2 trilyon 40 milyard Azərbaycan manatı) təşkil edib. Proqnozlara görə, bu rəqəm artmaqda davam edəcək və 2030-cu ilə qədər 242 trilyon yenə (təxminən 2 trilyon 550 milyard Azərbaycan manatı) çatacaq.
Bildirilir ki, bu vəsaitlərin təxminən 65 faizi bank əmanətləri və digər likvid maliyyə aktivlərindən ibarətdir. Qalan hissə isə əsasən daşınmaz əmlaka yatırılıb.
Yaponiyada mövcud qanunvericiliyə görə, bank müştərisində hüquqi və ya idrak qabiliyyətinin itməsi əlamətləri aşkarlandıqda, onun hesabları müvəqqəti dondurula bilər. Vəsaitlərdən istifadə üçün isə ailə məhkəməsi vasitəsilə rəsmi qəyyum təyin olunması tələb edilir. Bu proses isə aylarla çəkə bilir.
Rəsmi statistikaya əsasən, 2030-cu ilə qədər Yaponiyada demensiya xəstələrinin sayı 5 milyonu keçəcək. Bu, 2025-ci illə müqayisədə təxminən 11 faiz artım deməkdir. Hazırda ölkədə təxminən 260 min rəsmi qəyyum mövcuddur və bu sistem artan yükü qarşılamaqda çətinlik çəkir.
Qeyd olununur ki, artan problemlər fonunda Yaponiya parlamentinə yeni qanun layihəsi təqdim olunub. Sənəd qəyyumların təyin olunması prosedurunun sadələşdirilməsini, eləcə də onların hüquq və vəzifələrinin daha dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur.
Müəllif: Adəm
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)












