Maraq dünyası
İtkin düşən hotel sahibinin cəsədi timsahın mədəsində tapıldı - FOTO/VİDEO
Cənubi Afrikada itkin düşən hotel sahibinin cəsədini tapmaq üçün polis dalğıcı vertolyotla timsahla dolu çaya endirilib.
Publika.az axşam.az-a istinadən xəbər verir ki, 59 yaşlı Qabriel Batista şiddətli daşqın zamanı itkin düşüb. Polis onun bataqlıq sularda gizlənən ac timsah tərəfindən yeyildiyindən şübhələnib. Dörd günlük dron müşahidəsindən sonra qruplar timsahı tapıblar. Zərərsizləşdirildikdən sonra timsah adadan havaya qaldırılıb.
Yarım tonluq timsah yaxınlıqdakı Kruger Milli Parkına endirilib və orada itkin düşmüş iş adamını yeyib-yemədiyini müəyyən etmək üçün mədəsi açılıb. Cənubi Afrika Polis Kapitanı Coi Potgieter tərəfindən aparılan araşdırma dəhşətli həqiqəti ortaya çıxarıb: timsahın mədəsində iki kəsilmiş qol, bir qabırğa sümüyü və toxuma parçaları tapılıb.
Qabriel Batistaya məxsus olduğu güman edilən üzük də onun barmaqlarından birində tapılıb. Cəsədin şəxsiyyətini təsdiqləmək üçün DNT testləri aparılıb. Mədəsində daha altı cüt ayaqqabı tapılıb.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)












