Maraq dünyası
Əsirlərin piyindən hazırlanan sabun - Nasistlər müharibədən sonra da ondan istifadə edirmiş
İkinci Dünya müharibəsi zamanı nasistlərin amansız və dəhşətli cinayətləri barədə daha bir maraqlı fakt ortaya çıxıb.
Publika.az xəbər verir ki, tarixçi Pedro Burini yeni müsahibəsində deyib ki, düşərgələrdə öldürülmüş əsirlərin piyindən hazırlanan sabunlar Almaniyadan da kənara çıxıbmış. "Auşvitz-Birkenau" ölüm düşərgəsinin baş həkimi işləmiş Jozef Mengele haqqında yazılan "Serra Neqrada ölüm mələyi" kitabının müəllifi olan Pedronun sözlərinə görə bununla bağlı konkret fakt da var. Belə ki, nasist Volfqanq Gerhardın həyat yoldaşı Almaniyadan Braziliyaya gedən zaman "Auşvitz-Birkenau" ölüm düşərgəsindəki cəsəd piylərindən hazırlanmış sabunu da özü ilə aparıb.
Burini deyib: "Rut bir nəfərə "Auşvitz-Birkenau" məhbuslarının piylərindən hazırlanmış iki sabun parçası hədiyyə verib".
Tarixçi onu da qeyd edib ki, Almaniyadan qaçan cinayətkarlar üçün bu cür dəhşətli əşyalar həmin dövrdə bir növ xüsusi kapriz sayılırmış. Bu cür əşyalar düşmənlərin alçaldılmasının simvolu kimi nasistlərə müəyyən mənada "xidmət edirmiş". Cəlladlar illər sonra da əllərini bu sabunlarla yumağa davam ediblər...
Müəllif: Tural
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)













