Maraq dünyası
Beş "Mauqli uşaq" tapıldı - VİDEO
Rusiyada maraqlı hadisə baş verib.
Publika.az "Çestnıy reportaj" Teleqram kanalına istinadən xəbər verir ki, Ufada yaşı 3-dən 14-ə qədər olan beş "Mauqli uşaq" tapılıb. Onlar cəmiyyət, ətraf mühitdən təcrid olunduqları üçün yerli media uşaqlara belə ad verib. Uşaqlar disfunksiyalı bir ailədə (Davamlı münaqişələr, nizam-intizamsızlıq, qayğısızlıq, emosional və ya fiziki zorakılıq hallarının baş verdiyi, valideynlərdən birinin və ya hər ikisinin uşaqların əsas ehtiyaclarını qarşılaya bilmədiyi ailə-red.) tapılıblar.
Bildirilib ki, yetkinlik yaşına çatmayan uşaqlar antisanitar şəraitdə yaşayıb, tez-tez ac qalıb və ya sadəcə çörək qırıntıları yeyirmiş. Onların çoxuşaqlı anası isə spirtli içki aludəçisi olub və övladlarının tərbiyəsinə də laqeyd yanaşıb.
Ailə barədə mediaya məlumat ötürən mənbənin məlumatına görə, nisbətən böyük uşaqlar məktəbə də getmirlər. Evə isə qadına görə yad kişilər müntəzəm şəkildə baş çəkiblər. Uşaqlar arzuolunmaz qonaqların masasına əl uzadanda döyülürmüş.
Artıq Başqırdıstan Prokurorluğu araşdırmalara başlayıb və uşaqların müdafiəsi, qəyyumluğu ilə məşğul olan aidiyyəti orqanların hərəkətlərini də qiymətləndirmək niyyətindədir. Bildirilib ki, ac və cəmiyyətdən təcrid olunan "Mauqli uşaqlar" hazırda sosial qayğı müəssisəsindədirlər və hadisənin baş vermə səbəbləri araşdırılır.
Müəllif: Tural
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)













