Maraq dünyası
Azərbaycanın ən uzunboylu oğlanı niyə məşhur olmağın daşını atdı?
Publika.az xəbər verir ki, Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Beyləqan rayonunun Birinci Aşıqlı kəndinə səfər edilib.
Təxminən 2000 nəfərin yaşadığı kənddə əsas məşğuliyyət kənd təsərrüfatı və maldarlıqdır.
Kənd sakinlərindən biri bildirib: "Taxıl, kartof, pomidor əkirik - hamısı öz zəhmətimizin bəhrəsidir. Öz məhsulumuzun dadı tamam başqadır, alıb gətirdiyinlə eyni deyil".
Verilişdə qədim tərəkəmə həyat tərzindən də bəhs olunub. Qeyd edilib ki, vaxtilə bölgə sakinləri daimi bir yerdə yaşamayıb, mövsümə uyğun olaraq köç ediblər. Onlar yay aylarını Kəlbəcər yaylaqlarında, qış fəslini isə aran ərazilərdə keçiriblər. Elə buna görə də "tərəkəmə" adlandırılıblar.
Buraxılışda kənd qadınlarının hazırladığı ənənəvi "ült-ültə lavaş" da diqqət çəkib. Onlar bu lavaşın yalnız Beyləqana məxsus olduğunu bildiriblər.
Kəndin ən uca boylu sakini olan Aqil Sadıqzadə məşhur olmağın daşını niyə atdığını belə izah edib:
"Mən valideynimlə, atamla yaşayıram. Onlara xidmət edirəm, onların qayğısına qalıram. Kənddə doğulmuşam, kəndi sevirəm".
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)













