Maraq dünyası
Qadın düşkünü olan 5 bürc
Bəzi kişilər var ki, münasibətdə sabit qalmaq onlar üçün çətin olur. Astrologiyaya görə, bunun səbəbi bəzən xarakter yox, məhz bürc enerjisi ilə bağlı olur. Flört etməyi sevən, diqqət mərkəzində olmağa çalışan və qadınlarla ünsiyyətdən zövq alan kişilər müəyyən bürclərdə daha çox rast gəlinir. Onlar romantik davranışları, cazibələri və macərapərəst ruhları ilə seçilirlər.
Publika.az qadın düşkünü olan 5 bürcü təqdim edir:
Əkizlər
Əkizlər bürcündən olan kişilər danışıq qabiliyyəti və cazibədar davranışları ilə qadınların diqqətini çəkməyi bacarır. Onlar monoton münasibətlərdən tez sıxılır və daim yeni həyəcan axtarışında olurlar. Flört etmək onlar üçün bir növ əyləncə hesab edilir. Bir qadına uzun müddət bağlı qalmaqda çətinlik çəkirlər. Sosial və enerjili olduqları üçün ətraflarında həmişə çox insan olur.
Şir
Şir bürcünün kişiləri diqqət görməyi və heyranlıq qazanmağı çox sevir. Onlar qadınların səmimi münaibətindən mənəvi qida alır və kompliment eşitməkdən xoşhal olurlar. Özlərini nümayiş etdirməyi sevən Şirlər tez-tez bir neçə qadının diqqət mərkəzində olmaq istəyirlər. Romantik jestləri ilə seçilsələr də, daim tərif gözləmələri münasibətlərdə problem yaradır. Sevilmək onlar üçün ehtiyac kimidir.
Oxatan
Azad ruhlu Oxatan kişiləri macəra və yenilik həvəskarıdır. Onlar ciddi münasibətdən çox, sərbəst həyat tərzinə üstünlük verirlər. Yeni insanlarla tanış olmaq və fərqli münasibətlər yaşamaq Oxatan üçün həyəcan mənbəyidir. Bu bürcün kişiləri bir yerdə uzun müddət qalmağı sevmirlər. Məhz buna görə də tez-tez “qadın düşkünü” damğası alırlar.
Tərəzi
Tərəzi bürcü kişiləri romantik və zərif davranışları ilə seçilir. Onlar gözəlliyə və estetikaya böyük önəm verirlər. Qadınlarla ünsiyyət qurmaq Tərəzi üçün həm rahat, həm də xoş bir prosesdir. Çox vaxt bir anda bir neçə insana maraq göstərə bilirlər. Münasibətlərdə qərarsız olmaları isə onları tez-tez çətin vəziyyətə salır.
Dolça
Dolça kişiləri sərbəstliyi sevən və emosional bağlılıqdan qaçan xarakterləri ilə tanınır. Onlar qeyri-adi münasibətlərə və fərqli insanlara maraq göstərirlər. Bir münasibət daxilində belə daim yeni həyəcan axtara bilərlər. Dolçalar qadınlarla dostluq qurmaqda çox rahat olduqları üçün tez-tez yanlış anlaşılırlar. Onların dəyişkən xarakteri münasibətlərdə sabitliyi çətinləşdirir.(Metbuat.az)
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı





































.jpg)

