Maraq dünyası
NASA-dan möhtəşəm layihə: Ayın görünməyən tərəfi...
"Artemida-2" missiyasının komandiri və NASA-nın astrofotoqrafı Ayın sirli qalan əraziləri ilə bağlı maraqlı əməkdaşlığa imza atıblar.
Publika.az xəbər verir ki, layihə çərçivəsində Ayın Yer kürəsindən görünməyən əks tərəfinin heyranedici və indiyədək heç yerdə yayımlanmamış görüntüləri əldə edilib.
"Artemida" proqramı çərçivəsində reallaşan bu təşəbbüsün əsas məqsədi Ay səthinin vizual məlumatlarını yeniləmək və Yer sakinləri üçün əlçatmaz olan bölgələri tədqiq etməkdir. Kosmik şəraitə uyğunlaşdırılmış xüsusi avadanlıqlarla çəkilən fotolar Ayın relyefini, kraterlərini və geoloji xüsusiyyətlərini bütün detalları ilə görməyə imkan verir.
Mütəxəssislər bildirirlər ki, bu layihə təkcə elmi əhəmiyyət daşımır, həm də geniş auditoriyanın kosmosa olan marağını artırmağa xidmət edir.
"Artemida-2" missiyasının uğurla icrası bəşəriyyətin yenidən Ay orbitinə qayıtması və gələcək pilotlu uçuşlar üçün mühüm hazırlıq mərhələsi hesab olunur.
Müəllif: Adəm
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)













