Maraq dünyası
Ayda şəhər tikilir, köçmə tarixi də bəllidir – Çox az qaldı
NASA növbəti altı il ərzində Ayda daimi, şəhər ölçülü bir baza yaratmaq məqsədini açıqlayıb.
Publika.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, NASA-nın administratoru Kared İsaakman çərşənbə axşamı günü Ay bazası layihəsinin bir hissəsi olaraq bu il üç ayrı missiyanın həyata keçiriləcəyini bildirib.
"Amerika Aya qayıdır. Və bu dəfə qalmaq üçün”, - İsaakman bildirib.
O, sonuncu insanlı Ay missiyası olan “Apollo 17”-dən təxminən 54 il keçdiyini qeyd edərək, ABŞ-ın məqsədinin "Aya qayıtmaq, baza qurmaq və bir daha heç vaxt Aydan imtina etməmək" olduğunu söyləyib.
NASA-nın planına görə, baza yüzlərlə kvadrat kilometr ərazini əhatə edəcək. Bazanın tikiləcəyi bölgədəki temperatur +480 dərəcə Farengeytdən -1200 dərəcə Selsiyə qədər dəyişə bilər.
İsaakman Aydakı həyat şəraitini "həm maraqlı, həm də son dərəcə qorxulu" adlandırıb.
O, Ayda daimi həyatın qurulmasının əhəmiyyətli texniki çətinliklərlə üzləşdiyini vurğulayaraq, "İnsanlar yenidən səmaya baxır, yenidən böyük xəyallara inanır və Aya yenidən maraq göstərirlər" deyib.
NASA-nın Ayda baza planı “Artemis” proqramı çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədinin Marsa insanlar göndərmək olduğu bildirilir.
NASA rəsmisi Dr. Lori Qlaze yaradılacaq bazanın “Artemis” astronavtları üçün uzunmüddətli missiya mərkəzi olacağını bildirib:
"Ay bazası astronavtlara daha uzun müddət qalmağa, daha uzaq bölgələri araşdırmağa və bəşəriyyətin Yer kürəsindən kənarda həyat qabiliyyətini artıracaq elmi tədqiqatlar aparmağa imkan verəcək".
Müəllif: Tural
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
















.jpg)


















.jpg)

