Maraq dünyası
Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
Geyimlərinizin ömrünü uzatmaq və enerji xərclərinə qənaət etmək üçün paltaryuyan maşından istifadə edərkən aşağıdakı 5 geniş yayılmış səhvə yol verməməyiniz tövsiyə olunur.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın "İl Giornale" nəşri yazıb.
1. Həddindən çox yuyucu vasitə istifadə etmək
Daha çox yuyucu vasitə paltarların daha təmiz olması demək deyil. Artıq qalan vasitələr parçanın liflərində yığılaraq onu sərtləşdirir və dəridə qıcıqlanmaya səbəb ola bilər. Bundan başqa, bu, maşının tıxanmasına və xoşagəlməz qoxuların yaranmasına yol açır.
2. Hər şeyi 40°C-də yumaq
Bu temperatur bir çox geyim üçün lazımsız dərəcədə yüksəkdir. 40°C-də rənglər tez solur və parçanın lifləri zəifləyir. Cins şalvarlar, köynəklər və sviterlər üçün 30°C kifayətdir. Xatırladaq ki, paltaryuyanın sərf etdiyi enerjinin 90%-i suyu qızdırmağa gedir, buna görə də soyuq suda yumaq həm büdcənizi qoruyur, həm də parçanı zədələnməkdən xilas edir.
3. Barabanı ağzınacan doldurmaq
Paltarların yaxşı yuyulması üçün onların baraban daxilində hərəkət etməyə yerə ehtiyacı var. Əgər baraban çox doludursa, yuyucu vasitə tam durulanmır və paltarlar bir-birinə çox sürtünür. Mütəxəssislər "yumruq qaydası"ndan istifadə etməyi məsləhət görür: paltarların üzəri ilə barabanın yuxarı kənarı arasında bir yumruq boyda boşluq saxlayın.
4. Ləkəli paltarları birbaşa maşına atmaq
Şərab, qəhvə, yemək və ya ot ləkələrini əvvəlcədən təmizləmədən maşına atdıqda, suyun istiliyi ləkəni parçaya daha da hopdurur. Ləkəli hissəni öncədən isladın, ləkəçıxarıcı vasitəni tətbiq edib 10 dəqiqə gözləyin, daha sonra maşında yuyun.
5. Paltaryuyan maşını təmizləməmək
Maşının rezinlərində yığılan kif, barabandakı ərp və yuyucu vasitə qalıqları paltarlarınıza pis qoxu keçirə bilər. Ayda bir dəfə maşını paltarsız, 60°C temperaturda işə salmaq lazımdır. Həmçinin, hər yuyulmadan sonra barabanın quruması üçün maşının qapısını açıq saxlayın.
Ekoloji seçim:
Daha dayanıqlı yuma prosesi üçün ekoloji təmiz, təbii sabunlardan istifadə etmək və ya müasir həll olan yuyucu vərəqlərə (Natulium, R5, Clean Clothes, Essentia, Everdrop) üstünlük vermək olar. Parçanı yumşaltmaq üçün isə kimyəvi yumşaldıcılar əvəzinə limon turşusu məhlulundan istifadə etmək ən təbii və ekoloji seçimdir.
Hüseyn İbadlı
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
















.jpg)


















.jpg)

