Maraq dünyası
Aygül tanıtdı: 97 yaşlı nənənin saçları hər kəsi heyrətləndirdi
Sosial şəbəkə istifadəçisi Tatarıstan vətəndaşı Aygül Sarvarova 97 yaşlı nənəsinin görüntülərini paylaşaraq böyük marağa səbəb olub.
Publika.az xəbər verir ki, blogerin paylaşdığı video qısa müddətdə 2,6 milyondan çox baxış toplayıb.
Kadrlarda yaşlı qadının uzun və ağarmış saçlarını daradığı əks olunub. Nənə rəngarəng naxışlı paltar və yaşıl örpəkdə görüntülənib.
Aygül Sarvarova paylaşımın şərh hissəsində bildirib ki, nənəsi əvvəllər saçlarının qısa kəsilməsini istəyirdi, lakin sonradan bu fikrindən daşınıb.
Videoda ən çox diqqət çəkən məqam isə 97 yaşlı qadının uzun və gur saçları olub. Sosial şəbəkə istifadəçiləri bununla bağlı çoxlu rəy yazıblar.
“Çox gözəl nənəniz var”, “Saçları mənimkindən daha gurdu”, “Əsl xanım”, “Nə qədər gözəl görünür”, “Bu video insana xoş əhval bəxş edir” kimi şərhlər paylaşılıb.
Yaşlı qadının görünüşü və saçlarının qalınlığı izləyicilərdə xüsusi maraq doğurub.
Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)














