Maraq dünyası
Dünyanın ən yaxşı hotellərinin siyahısı - Fotolar
"Travelers" Choice Awards 2026: Best of the Best Hotels” reytinqinə əsasən dünyanın ən yaxşı hoteli İndoneziyanın Bandunq şəhərində yerləşən GH Universal Hotel seçilib.
Publika.az xəbər verir ki, reytinq məşhur səyahət platforması "Tripadvisor" istifadəçilərinin rəyləri əsasında tərtib olunub.
Qeyd edilib ki, beşulduzlu hotel geniş daxili həyəti və hovuzu, SPA mərkəzi, fitnes zalı, 24 saat işləyən restoranı və İndoneziyada yeganə lüks ev heyvanları hoteli - GH Universal Pet Inn ilə seçilir.
İlk 3-lük belə tamamlanıb:
İkinci yerdə Braziliyanın Qramado şəhərində yerləşən Colline de France qərarlaşıb. Ötən il lider olan hotel bu dəfə bir pillə geriləyib.
Üçüncü yeri isə İtaliyanın Livinyo bölgəsində fəaliyyət göstərən Sporting Family Hospitality tutub.
Dünyanın ən yaxşı 10 hoteli:
Royal Lancaster London (London, Böyük Britaniya)
FivePine Lodge and Spa (ABŞ, Oreqon)
La Siesta Hoi An Resort & Spa (Vyetnam, Hoian)
Abigail's Hotel (Kanada, Viktoriya)
Bucuti & Tara Beach Resort Aruba (Aruba, Eagle Beach)
Hotel Moments Budapest (Macarıstan, Budapeşt)
La Sinfonía del Rey Hotel & Spa (Vyetnam, Hanoy)
Ən yaxşı şəhər də açıqlanıb
Bununla yanaşı, 2026-cı ildə səyahət üçün dünyanın ən yaxşı şəhəri də seçilib. Bu ada Avstraliyanın ən böyük şəhərlərindən biri olan Melbourne layiq görülüb.
Ekspertlər Melburnu zəngin kulinariya ənənələri, canlı küçə həyatı və damüstü barları ilə fərqləndiriblər.
Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)














