Maraq dünyası
Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR
Türkiyədə arxeoloqlar İsa Məsihin III əsrə aid nadir təsvirlərindən birini aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Bildirilir ki, freska Türkiyənin İznik şəhəri yaxınlığında yerləşən qədim qəbirdə tapılıb. Şəhər bibliya dövründə Nikeya adı ilə tanınıb.
Tapılan freskada İsa Məsih “Yaxşı Çoban” obrazında təsvir olunub. Mütəxəssislərin sözlərinə görə, təsvirin əsas özəlliyi onun olduqca yaxşı qorunub saxlanılması və Roma üslubunda işlənməsidir. Bundan başqa, İsa Məsih burada saqqalsız şəkildə təsvir edilib ki, bu da erkən xristian sənəti üçün nadir nümunələrdən hesab olunur.
Bildirilir ki, “Yaxşı Çoban” obrazı xaç simvolundan əvvəl xristianlığın əsas rəmzlərindən biri olub. Erkən xristian freskalarında İsa Məsih çox vaxt çiynində quzu və ya keçi balası daşıyan gənc çoban kimi göstərilib. Bu isə insan ruhunun xilasını simvolizə edib.
Arxeoloqlar hesab edirlər ki, belə erkən dövrə aid freskanın məhz İznikdə aşkarlanması xüsusi əhəmiyyət daşıyır. Belə ki, 325-ci ildə burada Birinci Ümumdünya Kilsə Məclisi keçirilib və həmin toplantıda Nikeya Etiqad Simvolu qəbul olunub.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Türkiyədə daha bir maraqlı artefakt - üzərində İsa Məsihin təsviri olan erkən Bizans dövrünə aid kömürləşmiş çörək də aşkarlanmışdı. Aliminlər onun təxminən 1300 illik tarixə malik olduğunu bildirmişdilər.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)













