Maraq dünyası
Əfsanə bitdi: Robin Qudun 1200 illik ağacı qurudu
Əfsanəvi Robin Qud haqqında miflərlə əlaqələndirilən, Şervud meşəsində yerləşən 1200 illik məşhur "Böyük Palıd"ın (Mayor Palıdı ) məhv olduğu rəsmən təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilib ki, ağac bu yaz yarpaq verməyib və bunu mütəxəssislər də təsdiqləyiblər. Məlumata görə, nəhəng palıdın məhv olmasının əsas səbəbi torpağın illərlə deqradasiyaya uğraması olub.
Qeyd olunur ki, dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı turistlər ağacın ətrafındakı torpağı sıxlaşdırıb. Nəticədə yağış suları kök sisteminə keçə bilməyib, bu da ağacın qida və su ilə təminatını dayandırıb.
Qoruq nümayəndələri bu itkini “ürəkdağlayan” adlandırıblar. Maraqlıdır ki, əvvəlki illərdə də palıdın öldüyü barədə iddialar yayılmışdı, lakin təbiəti mühafizə təşkilatı bunu təkzib edərək ağacın yaşadığını bildirirdi.
Hazırda isə ağacın məhv olması faktı təsdiqlənib. Yaxın vaxtlarda mütəxəssislər qalıqları araşdıraraq vəziyyəti qiymətləndirəcəklər.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)













