Maraq dünyası
Dünya bu qadından danışır: Timsahlara atılan uşağı xilas etdi - FOTOLAR
Böyük Britaniyada maraqlı hadisə baş verib.
Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bir qadın azyaşlı uşağı timsahlardan xilas edib. Onun bu qəhrəmanlığı dünya mediasında geniş əks-səda doğurub. Belə ki, İngiltərənin Kembricşir qraflığındakı "Johnsons of Old Hurst" zooparkına gələn ailə gözlənilməz və dəhşətli hadisə ilə rastlaşıb. Naməlum şəxs üç yaşlı oğlanı timsahların olduğu süni gölə atıb. Bundan sonra zoopark işçisi dərhal özünü gölə ataraq uşağı ölümdən xilas edə bilib.
"Dünən, nahar vaxtı Treysi Conson adlı qadın Hantinqdon şəhəri yaxınlığındakı "Johnsons of Old Hurst" zooparkında qəhrəmanlıq göstərərk insan həyatını qurtarıb. 55 yaşlı Treysi zoopark sahibinin həyat yoldaşı olmaqla yanaşı, həm də heyvanlara baxırmış. Məlum olub ki, üç yaşlı oğlan ən azı bir timsahın hücumundan sonra ciddi zədə alıb. Qadının dostları redaksiyamıza məlumat verərək deyiblər ki, zoopark işçisi olan Treysinin hadisəyə belə həssas yanaşması incə bir detalla da əlaqədar ola bilər. Belə ki, qadının əkiz oğullarından biri bu yaxınlarda ata olub. Görünür yeni nənə olan qadın balaca uşağı xilas edərkən nəvəsini göz önünə gətirib", - məqalədə yazılıb.
Qadının rəfiqəsi olan Kelli deyib: "Treysi və onun həyat yoldaşı Endi bir növ cəhənnəmi gördülər. Onlar yenicə nənə-baba olublar və xəstəxanada ilk nəvələrini qarşılayıblar. Buna görə də əminəm ki, onların uşağın valideynlərinə və bu balaca oğlana olduqca canları yanıb".
Şahidlərin sözlərinə görə, zooparkda baxıcı kimi çalışan Treysi özünü fikirləşmədən dəmir maneələri aşaraq yaralı uşağı timsahlardan uzaqlaşdırıb. Onun bu qəhrəmanlığı hamını şoka salıb. Qadın bir göz qırpımında uşağı təhlükəsiz yerə daşıya bilib. Ağır xəsarətlər alan oğlana ilkin yardımı zoopark işçiləri göstərib və bundan sonra o, helikopter ilə xəstəxanaya çatdırılıb. Cəsarəti ilə qəhrəmanlıq nümunəsinə çevrilən Treysi isə timsahlardan xəsarətsiz qurtula bilib.
Hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Norfolkdan olan şəxs zoopark ərazisində həbs edilib və o, qəsdən adam öldürməyə cəhddə şübhəli bilir. Lakin maraqlıdır ki, insidentdən 24 saat keçməmiş detektivlər və polis onu "dindirməyə yararsız" (Psixi və ya fiziki durumuna görə-red.) hesab ediblər. Bu səbəbdən o, 18 sentyabra qədər girov müqabilində azadlığa buraxılıb.
Müəllif: Tural
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...


































.jpg)

