Maraq dünyası
Bu daşın qramı 10 min manata qədərdir: Hər kəs onu tapa bilər
Meteoritlər bəzi hallarda qızıldan da baha qiymətə satıla bilər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, kosmosdan Yerə düşən bəzi meteoritlər həm elmi, həm də kolleksiya baxımından böyük dəyərə malikdir.
Meteorit muzeyinin direktoru Stefan Deker bildirib ki, bu daşların qiyməti onların tərkibindən, mənşəyindən və nadirliyindən asılı olaraq dəyişir. Onun sözlərinə görə, meteoritlərin bir qramı 1 avrodan 5000 avroya (təxminən 9 730 manat) qədər alıcı tapa bilər. Müqayisə üçün qeyd olunur ki, hazırda qızılın bir qramının qiyməti təxminən 120 avrodur.
Mütəxəssislər bildirirlər ki, ən bahalı nümunələr Ay və Mars mənşəli meteoritlər, eləcə də nadir minerallar ehtiva edən kosmik daşlardır. Onların kolleksiyaçılar və alimlər arasında yüksək tələbat görməsi qiymətlərə də təsir edir.
Bununla belə, tapılan meteorit hər zaman onu aşkar edən şəxsə məxsus olmur. Bir çox ölkələrdə belə tapıntılar onların düşdüyü torpaq sahəsinin sahibinin mülkiyyəti hesab edilir. Bəzi hallarda isə xüsusi elmi əhəmiyyət daşıyan meteoritlər dövlət tərəfindən müsadirə edilə bilər.
Qeyd edək ki, alimlər bu yaxınlarda Mars mənşəli meteoritlərdən birində daha əvvəl həmin planetdə qeydə alınmayan mineral kristalları aşkar ediblər. Araşdırma meteoritlərin elmi dəyərinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirib.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)













