Maraq dünyası
Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
"Garlicshizue" ləqəbli "Reddit" istifadəçisi müxtəlif nəsillərin taleyinin bir-birinə qarışdığı, olduqca mürəkkəb və qəribə ailə ağacı haqqında danışıb.
Publika.az xəbər verir ki, bu qeyri-adi hekayənin təməli ötən əsrin 1950-ci illərinin ortalarında qoyulub.
"Dörd dost - Con, Bill, Ceyn və Salli orta məktəbi bitirirlər. 1950-ci illərin qayda-qanunlarına görə, tez bir zamanda ailə qurmaq lazım olduğundan, onlar cütlüklərə bölünürlər. Con Ceynlə evlənir və onların üç övladı dünyaya gəlir. Bill isə Salli ilə ailə həyatı qurur və onların da uşaqları, o cümlədən Liza adlı bir qızları doğulur", - deyə müəllif qeyd edib.
Lakin bir neçə ildən sonra hər iki cütlük tələsdiklərini anlayaraq boşanmaq qərarına gəlir. Müəyyən müddət keçdikdən sonra isə kişilər, demək olar ki, keçmiş xanımlarını dəyişirlər - Ceyn Billə ərə gedir, Salli isə Conla evlənir. İlk nikahlardan olan uşaqlar anaları ilə birlikdə yeni ailələrə köçürlər. Beləliklə, Sallinin qızı Liza Conun ögey qızı olur.
"Con bir ögey ata və valideyn kimi üzərinə düşən hər şeyi edir. Problemlər yarananda uşaqların xatirinə nikahı qorumağa çalışsa da, sonda yenə boşanır və bir müddət subay qalır. Bu ərəfədə onun ögey qızı Liza artıq böyüyür və öz sahəsində hörmətli bir mütəxəssisə çevrilir. Conun ağlına yeni bir biznes ideyası gəlir və o, Lizaya şərikli iş qurmağı təklif edir. Qız razılaşır. Lakin bir müddət sonra iş tərəfdaşları arasında sevgi münasibətləri başlayır", - deyə qız bildirib.
Nəticədə Con və Liza evlənirlər və bu nikahdan hekayənin müəllifi dünyaya gəlir. Belə bir vəziyyətdə maraqlı mənzərə yaranır: atasının ilk xanımı Ceyn onun ögey nənəsidir (Ceyn və Conun nikahından doğulan uşaqlar vasitəsilə, yəni onlar müəllifin bibiləri və əmiləridir). Atasının ikinci xanımı isə onun doğma nənəsidir. Atasının özü isə keçmişə nəzərən həm ata, həm də ögey baba rolundadır.
Bu qeyri-adi status şəbəkə istifadəçilərinin də böyük marağına və zarafatlarına səbəb olub. Şərhlərdən birində "Sənin atan şəcərə ağacınızın ətrafında elə fırlanır ki, sanki yerini tapıb rahatlana bilməyən itdir", - deyə qeyd olunub. Digər bir istifadəçi isə "Ailə ağacınız sanki zəhərli sarmaşığa çevrilib", - deyərək vəziyyəti təsvir edib.
Müəllif: Adəm
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...


































.jpg)

