Maraq dünyası
122 desibellə qışqırdı, rekord qırdı: Bir neçə gün danışa bilmədi - VİDEO
Avstraliyada yaşayan 58 yaşlı kişi inanılmaz səs gücü ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Publika.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi nəşrində məlumat verilib.
Kondisioner ustası kimi çalışan və eyni zamanda fəxri şəhər carçısı olan Cozef MakQreyl-Beytap radioda keçirilən sınaq zamanı 122,4 desibel gücündə qışqıraraq dünya rekordu müəyyənləşdirib.
O, mayın 2-də efirdə “indi” sözünü səsləndirib. Yeddinci cəhddə 1994-cü ildən qüvvədə olan əvvəlki rekordu - Şimali İrlandiyadan olan müəllimin 121,7 desibellik nəticəsini geridə qoymağa nail olub.
MakQreyl-Beytap rekorddan sonra bir neçə gün səsini itirdiyini etiraf edib. Onun sözlərinə görə, belə yarışa xüsusi məşqlə hazırlaşmaq mümkün deyil və səs tellərini qorumaq əsas şərtdir.
Məlumata görə, 122,4 desibellik qışqırıq ildırım səsi və ya işləyən pnevmatik çəkicin yaratdığı səsə yaxındır. Bu göstərici həmçinin 130 desibel hesab edilən ağrı həddə yaxın sayılır.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)













