Maraq dünyası
İnsanlar və meymunlar eyni cür gülürlər: 15 milyon illik sirr açıldı
Böyük insanabənzər meymunların təxminən 15 milyon il əvvəl də insanlara bənzər ritmlə güldüyü müəyyən edilib.
Publika.az xəbər verir ki, bu nəticə Böyük Britaniyanın Uorik Universitetinin alimlərinin apardığı araşdırma zamanı ortaya çıxıb.
“Communications Biology” jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər dörd növ insanabənzər meymunun - oranqutan, qorilla, bonobo və şimpanzelərin, eləcə də insanların gülüş səslərini müqayisə ediblər. Ümumilikdə 140 gülüş epizodu təhlil olunub.
Araşdırmanın nəticələrinə görə, bütün növlərdə gülüşün yaranması oxşar ritmik prinsiplə baş verir - səslər müəyyən fasilələrlə və nizamlı ardıcıllıqla formalaşır.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu xüsusiyyət insanla insanabənzər meymunların ortaq əcdadında formalaşıb və təxminən 15 milyon il ərzində ciddi dəyişiklik keçirməyib.
Bununla belə, alimlər insanlar və digər primatlar arasında mühüm fərqlərin də olduğunu bildiriblər. Belə ki, insan gülüşü daha sürətli, dəyişkən və vəziyyətə uyğun idarə oluna bilir. İnsanlar qeyri-iradi gülüşdən əlavə, nəzakət naminə və ya stres anlarında da şüurlu şəkildə gülə bilirlər.
Araşdırma müəlliflərinin fikrincə, məhz səs reaksiyalarına nəzarət qabiliyyətinin inkişafı insan nitqinin formalaşmasında əsas mərhələlərdən biri olub.
Alimlər hesab edirlər ki, gülüş dilin yaranmasından daha qədim vokal davranış olduğuna görə, onun öyrənilməsi insan nitqinin necə meydana gəldiyini anlamağa kömək edə bilər.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)











