Maraq dünyası
Gəlinin paltarının altına yüzlərlə qarışqa doldu: Toy yarımçıq qaldı
ABŞ-ın Corciya ştatında keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb. 25 yaşlı Keti Stoks öz toy günü 92 qarışqa dişləməsinə məruz qalıb.
Publika.az xəbər verir ki, gəlin bu barədə “People” jurnalına danışıb.
Onun sözlərinə görə, həşəratlar cütlüyün qonaqlar qarşısına çıxmasına bir neçə dəqiqə qalmış gəlinlik paltarının altına doluşub.
Mərasim açıq havada təşkil olunduğundan, cütlük əvvəlcədən ağcaqanadlara qarşı vasitələr hazırlasa da, qarışqaların hücumunu gözləməyib. Keti ehtimal edib ki, günün ikinci yarısında təxminən bir saat davam edən güclü yağışdan sonra həşəratlar torpaqdan çıxıb. Toy başlamazdan əvvəl ərazidə qarışqa müşahidə edilməyib.
Gəlin ilk dişləmələri həyat yoldaşı ilə birlikdə ziyafət zalına çıxmağa hazırlaşarkən hiss edib. Paltarının ətəyini qaldıranda isə yüzlərlə qarışqanın demək olar ki, bütün qatlara yayıldığını görüb. Bəy onu avtomobilə apararaq ayaqqabılarını çıxarmağa və qarışqaları təmizləməyə kömək edib. Daha sonra toy təşkilatçısı da onlara qoşulsa da, qarışqalar ona da keçib.
Hadisədən sonra mərasim qısa müddətlik dayandırılıb, məkana həşəratlara qarşı vasitələr səpilib və gəlinə dişləmələrin təsirini azaltmaq üçün krem verilib.
Qarışqaların böyük hissəsi təmizləndikdən sonra Keti yenidən qonaqların yanına qayıdıb və toy davam edib. Bal ayı zamanı ayaqlarındakı dişləmələri sayan gəlin, onların sayının 92 olduğunu müəyyən edib. Onun sözlərinə görə, vaxtında göstərilən qulluq sayəsində izlər ciddi narahatlıq yaratmayıb və təxminən bir həftəyə keçib.
Keti sonradan başına gələnləri “TikTok”da paylaşıb. Video qısa zamanda geniş yayılıb, istifadəçilər isə açıq havada keçirilən toylarla bağlı oxşar hekayələrini bölüşüblər. Buna baxmayaraq, gəlin həmin günü həyatının ən xoş günü adlandırıb və heç nəyi dəyişmək istəmədiyini deyib.
Adəm
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI


































.jpg)

