Maraq dünyası
Filmlərdə yox, gerçək həyatda: Bu ölkədə "Betmen” oğruları tutub dirəklərə bağlayır
Meksikanın Xalisko ştatında özünü xalq qisasçısı kimi aparan sirli şəxs peyda olub. Yerli sakinlər onu “Meksikalı Betmen” adlandırıblar.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Xaliskonun Laqos-de-Moreno şəhərində küçələrdə işıq dirəklərinə "skoç"la bağlanmış kişilər tapılıb. Onların ağızları da skoçla bağlanıb, alınlarına isə “oğru” sözü yazılıb. Yanlarında isə iddialara görə, əvvəllər oğurladıqları əşyalar qoyulub.
Məlumata görə, “Meksikalı Betmen” cinayətkar hesab etdiyi şəxslərə qarşı fəaliyyətə iyunun ortalarından başlayıb. İki həftə ərzində o, beş nəfəri tutaraq dirəklərə bağlayıb.
Bildirilir ki, bəzi hallarda sirli qisasçı saxladığı şəxslərin üzünə markerlə pişik bığı da çəkib. Bu detal onun “imza üslubu” hesab olunur.
Polis isə hadisələrə fərqli yanaşır. Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, naməlum şəxs tərəfindən saxlanılanlar zərərçəkmiş hesab edilir və onlardan bəziləri ciddi şəkildə döyülüb.
Hazırda “Meksikalı Betmen” axtarışa verilib.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)











