Maraq dünyası
42 ildən sonra yenidən geyindi: Şahzadə Annadan diqqətçəkən seçim - FOTO
Böyük Britaniya kral ailəsinin üzvü, mərhum II Elizabetın yeganə qızı və III Çarlzın bacısı Şahzadə Anna 42 il əvvəl geyindiyi libasla ictimaiyyət qarşısına çıxıb.
Publika.az xəbər verir ki, 75 yaşlı şahzadə Londondakı Guildhall binasında keçirilən, Uzaq Səfər Kapitanlarının Şərəfli Gildiyasının yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley ziyafətində iştirak edib.
Şahzadə tədbirdə çiçək naxışlı, limon rəngli, beldən kip oturan və dizədək yarıqlı uzun libas geyinib. O, görünüşünü ağ uzun əlcəklər və eyni rəngli hündürdaban ayaqqabılarla tamamlayıb.
Məlumata görə, Anna bu libası ilk dəfə 1984-cü ildə "Uşaqları Xilas Edək" xeyriyyə fondunun himayədarı kimi Qambiyaya səfəri zamanı geyinmişdi.
Qeyd edək ki, şahzadə Anna geyimlərini uzun illər istifadə etməsi və qənaətcil həyat tərzi ilə kral ailəsinin ən təvazökar üzvlərindən biri kimi tanınır. Bu səbəbdən onun illər əvvəlki libası yenidən geyinməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.
Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)











