Maraq dünyası
Marsda yadplanetlinin tapançası tapıldı – Dünya bu FOTODAN danışır
“UFO Sighting Daily” saytından olan Mars tədqiqatçılsı “qırmızı planet”in fotosunda yadplanetli tapança tapdıqlarını iddia ediblər.
Publika.az “Daily Star”a istinadla xəbər verir ki, Skott Uorinq 2014-cü ildə “Opportunity roveri” tərəfindən çəkilmiş bir fotoya diqqət çəkib.
Fotoda qara tapançaya bənzər bir əşya var. Uorinq sosial media paylaşımında "Marsdakı yadplanetli silahlarının fotoları. Yalnız biri qalıb; digərləri NASA tərəfindən silinib" şərhini yazıb.
O, həmçinin qeyd edib ki, görüntü NASA-nın Mars missiyalarının əsl məqsədini ortaya qoyur.Uorinqin sözlərinə görə, kosmik agentlik orada yadplanetli texnologiyaları axtarır. Ufoloqun əksər izləyiciləri onun "kəşfinə" şübhə ilə yanaşıblar və görüntünün qeyri-adi formada Mars qayasını göstərdiyini iddia ediblər.

Bir istifadəçi zarafatla soruşdu: "Yadplanetlilərin insan əlləri üçün açıq şəkildə hazırlanmış silaha nə ehtiyacı var?"
"Daily Star" qəzetinin məlumatına görə, Uorinq uzun müddətdir ki, Mars şəkillərini araşdırır və onlarda daim "narahatedici artefaktlar" tapır. Xüsusilə, 2016-cı ildə ufoloq internetdə idman ayaqqabısına bənzəyən bir qayanın fotosunu paylaşmış və onun açıq-aydın “qırmızı planet”də döyüşmüş birinə məxsus olduğunu iddia etmişdi.
Müəllif: Tural
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)











