Maraq dünyası
Dünyanın ən təhlükəsiz şəhərləri: İlk "dördlük" eyni ölkədəndir
Dünyanın ən təhlükəsiz şəhərlərinin yeni reytinqi açıqlanıb.
Publika.az xəbər verir ki, analitik agentliyin hazırladığı siyahıda ilk dörd pilləni Birləşmiş Ərəb Əmirliklərinin şəhərləri tutub. Reytinqə Əcman başçılıq edir. Sonrakı yerlərdə isə Əbu-Dabi, Ras əl-Xayma və Şarja qərarlaşıb.
Reytinq hazırlanarkən şəhərlərdə cinayətkarlığın səviyyəsi, terror təhlükəsi, korrupsiya riski və ümumi sosial sabitlik kimi meyarlar nəzərə alınıb.
Siyahıda beşinci yerdə Qətərin paytaxtı Doha qərarlaşıb. Dubay isə altıncı pillədə yer alıb.
Rusiya şəhərləri arasında ən yüksək təhlükəsizlik göstəricisi Nijni Novqorodda qeydə alınıb. Şəhərin təhlükəsizlik indeksi Avropanın Vyana və Madrid kimi paytaxtlarının göstəriciləri ilə müqayisə olunur.
Rusiya üzrə siyahının növbəti pillələrində isə Moskva, Sankt-Peterburq, Yekaterinburq və Novosibirsk yer alıb.
Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)











