Maraq dünyası
Ev heyvanı saxlayanların nəzərinə - Bu vərdişiniz şiş yaradır
Ev heyvanları saxlayanlar siqaret çəkirlərsə, onların it və pişiklərində burun şişləri, limfomalar, tənəffüs yolları xəstəlikləri, astmanın kəskinləşməsi ehtimalı daha yüksək olur.
Publika.az xəbər verir ki, bunu tanınmş həkim endokrinoloq Zuhra Pavlova "Max"da bildirib.
Mütəxəssisin sözlərinə görə, yeni tədqiqatlar maraqlı məqamları ortaya çıxarıb. Siqaret çəkməyin qarşısının alınması üçün qeyri-ənənəvi yanaşma təklif edilir. Belə ki, tədqiqat müəllifləri belə hesab edirlər ki, bir çox insan öz sağlamlıqları naminə pis vərdişlərindən imtina etmək istəmir. Lakin onlar saxladıqları ev heyvanları naminə davranışlarını dəyişdirməyə hazırdırlar.
Pavlova onu da qeyd edib ki, tədqiqatçılar baytarların da siqaret çəkmək kimi pis vərdişin qarşısının alınmasında daha fəal iştirakını təklif edirlər. Çünki ev heyvanları passiv şəkildə də olsa tüstüyə məruz qalırlar.
Həkimin sözlərinə görə, siqaret çəkən adamlarla bir evdə yaşayan it və pişiklərdə, xüsusən də itlərdə burun şişləri, pişiklərdə limfomalar, tənəffüs yolları xəstəlikləri və astmanın kəskinləşməsi diaqnozu qoyulma ehtimalı daha yüksək olur. O, ev heyvanlarının daim sahibləri ilə eyni havanı udduğunu və tüstüyə məruz qalmaqdan qaça bilmədiklərini vurğulayıb.
Müəllif: Tural
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































