Maraq dünyası
Başqasının qabından yeyilən kartof qızartması daha dadlı olurmuş - Qəribə təcrübə
Demək olar ki, hər kəsin sevdiyi kartof qızartması ilə bağlı maraqlı araşdırma aparılıb.
Publika.az "Food Quality and Preference" (FQP) jurnalına istinadən xəbər verir ki, araşdırmalara görə, başqasının boşqabından gizlicə götürülən kartof qızartması, eyni porsiyadan adi şəkildə yeyilən kartofdan xeyli daha dadlı olur.
Bununla bağlı aparılan təcrübədə 120 könüllü iştirak edib. Onların hamısına eyni porsiyalı kartof qızartması təklif edilib. Lakin bu fərqli vəziyyətlərdə olub. Bəzi iştirakçılar yeməyi adi şəkildə əldə ediblər, digərlərinə isə qida başqa bir şəxs tərəfindən hədiyyə kimi verilib. Başqa bir qrup gizlicə başqasının boşqabından kartof qızartmasını götürməli olublar: "Bu qəribə və maraqlı vəziyyətlərdən birində diqqət çəkmə riski minimal səviyyədə olub, digərində isə sərt müşahidə rejimi var imiş.İştirakçılardan yalnız kartof "oğurlayanlar" yeməyin dadına ən yüksək qiyməti veriblər. Könüllülər ifşa olma riski olan porsiyanı xüsusilə dadlı hesab ediblər. Onlar bu kartofların dadını adi qaydada əldə edilən yeməkdən təxminən 40% daha yüksək qiymətləndiriblər".
Alimlər hər üç qrupa verilən qida məhsulunun tərkibi və hazırlanmasının eyni olduğunu vurğulayıblar. Kartofun temperaturu, duzluluğu və qızarma dərəcəsi belə dəyişməz qalıb. Yeganə dəyişən amil təcrübə iştirakçılarının qida qəbul edərkən yaşadığı emosiyalar olub.
Müəllif: Tural
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































