Maraq dünyası
Daha bir ölkə məşhur fransız yeməyinə qadağa qoydu
Braziliya hakimiyyəti heyvanların zorla yemləndirilməsi yolu ilə əldə edilən fua-qra və digər qida məhsullarının istehsalını tamamilə qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin rəsmi mətbu orqanında dərc olunmuş qanunun mətnində məlumat verilib.
Qeyd edilib ki, bundan sonra heyvanların zorla yemləndirilməsi yolu ilə əldə edilən istənilən qida məhsulunun istehsalı və satışı qadağan olunacaq.
"Bu müddəa fua-qra istehsalı və satışına da aiddir", - deyə bəyanatda bildirilir.
Müvafiq sənəd Braziliya Konqresi tərəfindən təsdiqləndikdən sonra Prezident Luis İnasio Lula da Silva tərəfindən imzalanıb.
Qeyd edək ki, bu qida təcrübəsi Fransa və Macarıstan istisna olmaqla, Argentina, Böyük Britaniya, Hindistan və əksər Avropa Birliyi (AB) ölkələrində də daxil olmaqla onlarla ölkədə qadağandır.
Fua-qra xüsusi olaraq dar hinlərdə saxlanılan və qida borusuna məcburi yemək ötürməklə kökəldilmiş qaz və ördəklərin qaraciyərindən hazırlanmış fransız delikatesidir. Bu prosesdə quşlar zorla yemləndirilir ki, bu da qaraciyərin beş-on dəfə şişməsinə səbəb olur. Bu təcrübə qəddar hesab olunur və bir sıra ölkələrdə qadağandır.
Tural Tağıyev
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































