Maraq dünyası
Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
Amerikalı maliyyəçi Ceffri Epşteynin aktivlərinin əsas varisi Belarus əsilli Karina Şulyak ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilir ki, Şulyak 2019-cu ildə həbsxanada ölən Epşteynin ölümündən əvvəl zəng etdiyi son şəxs olub. Nəşrin yazdığına görə, o, təxminən 100 milyon dollar mirasa sahib çıxa bilər.
Məlumata əsasən, Şulyak uzun illər Epşteynlə əlaqədə olsa da, ona qarşı heç vaxt cinayət işi açılmayıb və o, özünü maliyyəçinin qurbanı adlandırmayıb. Onlar tanış olarkən Şulyakın 21 yaşı olub və o, stomatoloq kimi çalışıb.
İddia edilir ki, Epşteyn Şulyakın stomatologiya məktəbinə qəbul olmasına, həmçinin ABŞ vətəndaşlığı almasına kömək edib. ABŞ Konqresi sonradan Epşteyni immiqrasiya sistemindən sui-istifadədə ittiham edib və Şulyakın amerikalı ilə bağladığı nikahın formal xarakter daşıya biləcəyini bildirib. Buna baxmayaraq, hakimiyyət onun vətəndaşlığını ləğv etməyib.
Şulyakın rəfiqəsinin sözlərinə görə, Epşteyn əvvəlcə belaruslu gənc qadını növbəti qurbanı kimi görsə də, sonradan münasibətləri fərqli istiqamətdə inkişaf edib. Şulyak əvvəlcə ondan kömək qəbul etmək istəməsə də, Epşteyn onun və rəfiqəsinin restoran xərclərini, müzikl biletlərini və helikopter gəzintisini maliyyələşdirib.
Qeyd olunur ki, Epşteyn ölümündən qısa müddət əvvəl vəsiyyətnaməsinə dəyişiklik edərək 600 milyon dollarlıq sərvətinin böyük hissəsini Şulyaka vəsiyyət edib.
Xatırladaq ki, Ceffri Epşteyn 2002-2005-ci illərdə onlarla azyaşlı qızın Nyu-Yorkdakı malikanəsinə və şəxsi adasına gətirilməsini təşkil etməkdə ittiham olunurdu. İstintaq müəyyən etmişdi ki, zərərçəkənlər arasında cəmi 14 yaşı olan qız da olub. Epşteyn 2019-cu ilin avqustunda həbsxanadakı kamerasında huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO



































.jpg)


