Maraq dünyası
Ukraynanı tərk edib Polşaya üz tuturlar: Niyə məhz qonşu ölkə?
Ukraynadan Polşaya qunduzların miqrasiyası sürətlənib. Mütəxəssislər bunun əsas səbəbi kimi Polşada bu heyvanlar üçün daha əlverişli şəraitin və ciddi mühafizə tədbirlərinin mövcudluğunu göstərirlər.
Publika.az xəbər verir ki, bunu "RİA Novosti"yə polşalı zooloq Veronika Narbut deyib.
Onun sözlərinə görə, hər iki ölkənin sərhədyanı ərazilərində qunduz populyasiyası böyükdür. Lakin Polşada bu heyvanlar qanunla ciddi qorunur və onlara yalnız müstəsna hallarda, saylarının tənzimlənməsi məqsədilə ov icazəsi verilir. Ukraynada isə qunduzlar ov heyvanları siyahısına daxildir.
"Polşada qunduzlarla bağlı problemlər Ukraynadan daha çoxdur. Bu, iki ölkənin həmin heyvanların qorunması və sayının tənzimlənməsi ilə bağlı fərqli siyasət yürütməsi ilə əlaqədardır", - deyə Narbut bildirib.
Zooloq əlavə edib ki, Polşada kənd təsərrüfatının daha inkişaf etmiş olması da qunduzların bu ölkəyə üz tutmasına şərait yaradır. Onlar əsasən Qərbi Buq və San çaylarının hövzələrini, eləcə də sərhədyanı bataqlıq və kiçik çayları seçirlər.
Qeyd edək ki, bundan əvvəl Polşa mətbuatı bir qunduzun kənd sakininin ipdən alt paltarını oğurlaması barədə yazmışdı. Ev sahibi heyvanın paltarları yuvasının tikintisi üçün apardığını ehtimal edib.
Adəm
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































