Maraq dünyası
Amazon cəngəlliyi altında inanılmaz sirr: 3 milyon insanın yaşadığı sivilizasiya üzə çıxdı
Braziliyanın Amazoniya bölgəsində arxeoloqlar təxminən 2,5 min il əvvəl mövcud olmuş sirli Akuiri sivilizasiyasına aid yüzlərlə naməlum qədim torpaq quruluşu aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.
Kəşf tropik meşələrin sıx örtüyünün altını "görməyə" imkan verən lidar lazer skan texnologiyası sayəsində mümkün olub.
Təxminən 4,5 min kvadratkilometrlik ərazidə aparılan tədqiqat zamanı həndəsi formalı 396 yeni geoqlif - nəhəng torpaq tikilisi müəyyən edilib. Bununla da bu tip abidələrin məlum sayı 1700-ə çatıb. Alimlər hesab edirlər ki, Amazon cəngəlliklərində hələ 20 mindən çox belə tikili gizlənə bilər.
Tədqiqatçıların hesablamalarına görə, hər bir geoqlifin tikintisi və saxlanılması üçün təxminən 300 nəfər əmək sərf edib. Bu isə eramızın 100-300-cü illərində çiçəklənmə dövrünü yaşayan Akuiri sivilizasiyasının əhalisinin 1,25 milyondan 3 milyona qədər ola biləcəyini göstərir.
Mərasim mərkəzlərinin ətrafında çoxailəli uzun evlər yerləşib. Sakinlər qarğıdalı və balqabaq becəriblər. Alimlərin fikrincə, geoqliflər təkcə dini ayinlər üçün deyil, həm də ictimai toplantılar, siyasi qərarların qəbulu və icmalar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə istifadə olunub.
Araşdırma müəllifləri bildirirlər ki, bu tikililər Perudakı məşhur Naska xətləri ilə oxşarlıq göstərsə də, bu iki mədəniyyət arasında əlaqə olmayıb. Onları birləşdirən əsas cəhət nəhəng quruluşların miqyasının yalnız havadan tam görünməsidir.
Alimləri düşündürən əsas suallardan biri isə Akuiri sivilizasiyasının necə yoxa çıxmasıdır. Məlumata görə, eramızın 850-950-ci illəri arasında geoqliflər qəfil tərk edilib. Bunun səbəbi hələ müəyyən edilməyib. Tədqiqatçılar hesab edirlər ki, Akuirinin süqutu həmin dövrdə Maya, Tiuanako və Uari kimi Amerika sivilizasiyalarını da əhatə edən genişmiqyaslı böhranın bir hissəsi ola bilər.
Müəllif: Adəm Abbaslı
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)


















