Maraq dünyası
"Şarkzilla" amerikalıları qorxuya saldı - Balina yeyir, sürətlə böyüyür
Nyu-York sahillərində təxminən 3,6 metr uzunluğunda olan "Şarkzilla" adı verilən mako köpəkbalığı müşahidə edilib.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) məlumat yayıb.
Nəşrin məlumatına görə, 4 metrə yaxın uzunluğu olan vahiməli dəniz yırtıcısı Nyu-Yorkun Lonq Aylend şəhərinin şərqində yerləşən Montauk qəsəbəsi yaxınlığında bir balinanı dişləyib. Balinanın belində 60 santimetrlik diş izləri qalıb. Köpəkbalığı həmçinin boz suitiyə və 180 kiloqramlıq tuna balığına da hücum edib. Dəniz və su hövzələrini araşdıran alim Kreyq Okonnell bu nəhəng yırtıcı ilə bağlı maraqlı iddia irəli sürüb. Onun fikrincə, "Şarkzilla" 1960-cı illərin sonlarında minlərlə radioaktiv materialın atıldığı Hudson kanyonundan nüvə tullantılarının sızması səbəbindən mutasiyaya uğramış ola bilər. Alimin sözlərinə görə, məhz radiasiyaya məruz qalan köpəkbalığında genetik dəyişikliklər baş verir və o, anormal şəkildə böyüyür.
Lakin, məqalədə qeyd edilib ki, aparılan analizlər "Şarkzilla" üzərində radioaktiv izlərin mövcudluğunu təsdiqləməyib.
Müəllif: Tural
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)


















