Maraq dünyası
Dünyanın ən gözəl sözü bu imiş...
“Babbel” dil öyrənmə platforması tərəfindən keçirilən beynəlxalq qiymətləndirmədə Yeni Zelandiyanın yerli Maori dilinə məxsus “kaitiakitanga” sözü dünyanın ən gözəl sözü seçilib.
Publika.az xəbər verir ki, “Babbel” bu qiymətləndirmə üçün “Reddit” və “TikTok” kimi platformalarda dillərlə bağlı minlərlə müzakirəni təhlil edərək, 75 dildən 223 sözdən ibarət qısa siyahı hazırlayıb.
Daha sonra dilçilər, yazıçılar və mədəniyyət mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyəti sözləri səs ahəngi, məna dərinliyi, nadirliyi və mədəni əhəmiyyətinə görə dəyərləndirib.
Maori dilindəki “kaitiakitanga” sözü təbiəti və ətraf mühiti indiki və gələcək nəsillər üçün qorumaq məsuliyyətini ifadə edir. Bu anlayış yalnız ekologiyanı deyil, həm də Maori mədəniyyətindəki himayədarlıq və qəyyumluq fəlsəfəsini özündə birləşdirir.
“Babbel” bildirib ki, söz həm özünəməxsus tələffüzü, həm də bir çox dildə birbaşa qarşılığı olmayan dərin mənası ilə seçilib.
Şirkətin dilçisi Esteban Touma Portilla qeyd edib ki, iqlim dəyişikliyinin təsirlərinin daha çox hiss olunduğu indiki dövrdə bu anlayış qlobal əhəmiyyət daşıyır və insanların ətraf mühitə qarşı məsuliyyətini xatırladır.
Qiymətləndirmədə türkcənin “yakamoz” sözü də dünyanın ən gözəl 15 sözü siyahısına daxil edilib. Bu söz suyun səthində ay işığının yaratdığı gümüşü parıltını ifadə edir və başqa dillərdə tam qarşılığı olmayan anlayışlardan biri hesab olunur.
“Babbel” qalib sözdən başqa siyahıdakı digər sözlər üçün reytinq açıqlamayıb.
İlk “15-liy”ə həmçinin yunan dilində “aura” və “zephyr”, yapon dilində “ikigai” və “kintsugi”, uels dilində “hiraeth”, portuqal dilində “saudade”, ispan dilində “ojala”, fin dilində “poronkusema”, urdu dilində “naz”, zulu dilində “ubuntu”, ukrayna dilində “iriy”, yiddiş dilində “luftmensch” və yaghan dilində “mamihlapinatapai” sözləri də daxil edilib.
Dilçilərin fikrincə, xüsusilə azlıq dillərindəki bəzi sözlər başqa dillərdə tam qarşılığı olmayan anlayış və dəyərləri ifadə etdiyi üçün insanlara dünyaya fərqli prizmadan baxmaq imkanı yaradır. (“Qafqazinfo”)
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO












.jpg)




.jpg)

















.jpg)


