Maraq dünyası
Minlərlə sirli varlıq çimərlikləri zəbt etdi: Zəhərlidir?
Böyük Britaniyanın Kambriya qraflığındakı çimərliklərə meduzaya bənzəyən minlərlə mavi dəniz canlısı çıxıb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yerli sakin Luiza Nikolson əvvəlcə bu qəribə canlıları dəniz yosunu hesab etdiyini və onlardan birini götürmək istədiyini deyib.
"Onlar həqiqətən çox gözəldirlər, cəmi beş santimetr ölçüdədirlər", - deyə o bildirib.
Mütəxəssislər müəyyən ediblər ki, sahilə çıxan bu canlılar velella", başqa adı ilə "yelkənçi" koloniyalarıdır.
Velella meduzaların və poliplərin yaxın qohumu olan kolonial dəniz orqanizmidir. Digər poliplərdən fərqli olaraq, dənizin dibinə yapışmır, mavi-bənövşəyi rəngli üçbucaq formalı "yelkəni" sayəsində suyun səthində küləyin təsiri ilə hərəkət edir. O, planktonla qidalanır və çoxalma zamanı yeni velellaların yaranmasına səbəb olan kiçik meduzalar əmələ gətirir.
Görünüşünə görə ölümcül zəhərə malik Portuqaliya gəmiçi meduzasına bənzəsə də, velellanın zəhəri insanlar üçün demək olar ki, təhlükəli sayılmır. Buna baxmayaraq, dəniz bioloqları ehtiyat məqsədilə bu canlılara toxunmamağı tövsiyə edirlər.
Adəm
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...




































.jpg)


