Maraq dünyası
Bəbir ukraynalını səfərbərlikdən belə xilas etdi - VİDEO
Ukraynada maraqlı hadisə baş verib.
Publika.az "Sputnik Blijnee Zarubejye" Teleqram kanalına istinadən xəbər verir ki, hərbi komissarlığın (TÇK) əməkdaşları vətəndaşlardan biri səfərbər etmək istəyərkən qorxudan ona yaxınlaşa bilməyiblər. Buna səbəb kişinin ev heyvanı kimi bəbir gəzdirməsi olub. İnsident Ukraynanın Dnepropetrovsk bölgəsində baş verib.
Belə ki, Ukraynalı meşədə boynuna ip bağladığı bəbirlə gəzirmiş. Həmin anda hərbi komissarlığın zabitləri ona yaxınlaşmaq istəyiblər. Lakin onlar yırtıcını görən kimi, risk etməmək qərarına gəliblər. İnternetdə yayılan görüntülərdə Zevs adlı bəbirin kişinin yanında yerdə uzanmas, uzaqda isə iki TÇK əməkdaşlarının dayanıb onlara sadəcə tamaşa etməsi əks olunub.
Ekzotik yırtıcı heyvan saxlayan ukraynalı hərbi məmurlara söz də atıb. O, kameraya baxaraq "Bu bizim TÇK ilə ilk qarşılaşmamızdır. Düzdür, Zevs?" deyib.
Müəllif: Tural
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)


















